Masallıda rayon rəhbəri Birinci Səmədxanlı ərazisində
25 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Birinci Səmədxanlı kənd ərazisinin sakinləri ilə görüşmüşdür.
Görüşdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov, baş məsləhətçi Vəli Muxtarov, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.
Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazidə olan Birinci Qarabağ şəhidlərinin məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar.
Sakinlərlə görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.
Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.
Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az