• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Təhsil Fondu tələbələrlə görüş keçirdi

    Masallı Təhsil Fondu tələbələrlə görüş keçirdi


    “Masallı Təhsil Fondu” tərəfindən Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul olunan, eləcədə ötən dərs ilini Azərbaycan Pedaqoji Universitetlərində uğurla başa vuran tələbələrlə görüş keçirildi.  

    Tədbir öncəsi “Qəhrəmanlar parkı” abidə kompleksi ziyarət edilib, abidə qarşısına gül-çiçək dəstələri düzülüb.

    Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açıb.

    İcra başçısı ali məktəblərə qəbul olunan tələbə qızları təbrik edib. Azərbaycanda təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran icra başçısı qeyd edib ki, bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gənclərimiz, xüsusilə qızlar öz uğurları ilə bizi sevindirir. Bu da əbəs deyildir. Masallıdan təhsil alan qızların təhsil haqqı ödənişi və təqaüdünün verilməsindəki uğurlu iş “Masallı Təhsil Fondu”-nun apardığı məqsədyönlü iş sayəsində həyata keçirilir.

    “Masallı Təhsil Fondu”-nun icraçı direktoru Hüseyn Hüseynov fondun fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirb ki, fond Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb. Yarandığı üç il ərzində 160 qıza təhsil fondunun nizamnaməsinə uyğun təqaüd və onların təhsil haqqları ödənilib. 87 tələbənin təhsil haqqı, 73 nəfər tələbə qıza təqaüd verilib. Şəhid övladlarına 200, digər tələbələrə 100 manat təqaüd verilir.

    Tələbə qızlarla görüşdə çıxış edən Milli Məclisin deputatları - Anar İsgəndərov, Məşhur Məmmədov qızlara tələbə həyatında, imtahanlarında uğurlar diləyib, Masallının adını daim uca tutmağı arzulayıblar.

    Sonra “Azadmedia.az” saytının redaktoru Ülkər Piriyeva, tələbə qızlardan — şəhid İntiqam Abbasovun qızı Xədicə Abbasova, şəhid Anar Novruzovun qızı Firuzə Novruzova və digər tələbələr çıxışlarında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

    Diskussiya şəraitində keçən tədbirdə millət vəkili Məşhur Məmmədov bir daha tələbə qızlara uğurlar arzulayıb, onların gələcək tələbə həyatında nümunəvi gənc olmağı tövsiyə edib.

     “Fond qızların təhsilinə önəm verilməsi, yüksək ixtisaslı kadrların hazırlanması naminə bütün imkanlardan səmərəli istifadə edir. Bununla yanaşı, bir vacib məsələni də qeyd etmək yerinə düşər ki, fond qızların təhsildən yayınması, erkən nikaha girməsi kimi neqativ halların qarşısının alınmasına yönəlir” - deyə millət vəkili tədbir iştirakçılarının diqqətinə çatdırdı.

    Tədbirin sonunda millət vəkili tələbə qızlarla və “Masallı Təhsil Fondu”nun əməkdaşları ilə xatirə şəkli çəkdirdi.








    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ