Şəhid Vüsal Hadıyevin anım mərasimi
22 oktyabr 2022-ci il tarixdə Masallı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi Vüsal Balarəzi oğlu Hadıyevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, ağsaqqallar, qazilər, din xadimləri, şəhid ailələri, şəhər sakinləri və jurnalistlər iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Vüsal Balarəzi oğlu Hadıyevin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Vətən müharibəsi şəhidi Vüsal Balarəzi oğlu Hadıyevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az