• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İlham Əliyev Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib

    İlham Əliyev Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 30-da Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib.

    Dövlətimizin başçısına Bakının Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verildi.

    Bildirildi ki, paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir.

    Layihənin ən mühüm xüsusiyyətlərindən biri İsmayıl bəy Qutqaşınlı küçəsindən Mərkəzi Banka qədər olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanlarının yaradılmasıdır. Orijinal layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni infrastrukturlar yaradılıb, dövlət əhəmiyyətli yollar, piyada keçidləri, yol qovşaqları inşa edilib və digər kommunikasiya xətləri çəkilib, şəhər sakinləri və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park salınıb.

    Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

    Növbəti mərhələdə isə Mərkəzi Parkın ikinci hissəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, kommunikasiya xətlərinin yenidən qurulması, şəhər sakinləri və qonaqlar üçün istirahət parkının salınması istiqamətində işlər davam etdirilib. Layihəyə əsasən, Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşən parkın yeni hissəsinin qurulması üçün 6,4 hektar ərazi təmizlənərək abadlaşdırılıb, ən müasir infrastrukturlar və kommunikasiyalar çəkilib. Aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində ərazidəki torpaq səthi dəyişdirilib, yaşıllaşdırmanın keyfiyyətini və landşaft dizaynını daha da yaxşılaşdırmaq üçün 57 min 500 kubmetrdən çox münbit torpaq gətirilib. Həmçinin yaşıllaşdırma işləri ərazinin iqlim şəraiti, florası və ətraf mühiti nəzərə alınmaqla aparılıb.

    Parkın ərazisinin 4 hektarında 19 növdə 2764 ağac, 20 mindən çox gül və kol bitkiləri əkilib. Yeni salınan yaşıllıqları suvarmaq üçün müasir tələblərə uyğun damcılama və çiləyici qurğular quraşdırılıb, drenaj xətləri çəkilib. Eyni zamanda, istirahət parkının ərazisində müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.

    Diqqətə çatdırıldı ki, burada iki istirahət və oyun meydançası da salınıb. Meydançalar hər yaş qrupunda olan insanların istirahəti üçün nəzərdə tutulub. Həmçinin parkda söhbətgahlar quraşdırılıb və istirahət mərkəzinin birinci hissəsi ilə ikinci hissəsini birləşdirən yeraltı piyada keçidi tikilib.

    Mərkəzi Parkın ərazisində iki açıq kafe, bir fəvvarə kompleksi və avtomobillər üçün açıq dayanacaq da fəaliyyət göstərəcək.

    Dövlətimizin başçısına məlumat verildi ki, görülən işlər çərçivəsində parkın ətrafındakı Mirzəağa Əliyev, Bəşir Səfəroğlu və Çingiz Mustafayev küçələrində yol infrastrukturu da yenidən qurulub, ərazidə yeni parkinq, piyada səkiləri tikilib, işıq dirəkləri, işıqforlar quraşdırılıb, drenaj və kanalizasiya sistemləri çəkilib.

    Beləliklə, Mərkəzi Parkın ikinci hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” ərazisində salınan parkın ümumi sahəsi 26,4 hektara çatdırılıb. Park 5,4 kilometr uzunluğunda olan piyada yolları, 18 hektarlıq yaşıllıq sahəsi, 7 uşaq meydançası, 2 idman meydançası, 6 fəvvarə kompleksi, 190 avtomobillik açıq, 347 avtomobillik isə qapalı dayanacaqdan ibarət olmaqla, paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.

    Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. Yeni istifadəyə verilən Mərkəzi Parkın ikinci hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərin “ağciyəri” sayılan yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.






    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ