Prezident İlham Əliyev Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib
- 13-02-2018, 17:52
- Siyasət
- 0
- 999
Prezident İlham Əliyev Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.
Görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulandı. Qeyd edildi ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.
Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.