Masallıda 24 fevral 2023-cü il tarixli vətəndaş qəbulu
24 fevral 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinin müvəqqəti icra edən Adəm Məhərrəmov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Qəbulda müxtəlif ərazilərindən ümumilikdə 30 nəfərə yaxın vətəndaş müraciət etmişdir.
Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.
A.Məhərrəmov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az