Nazirin müavini Masallıda vətəndaşları qəbul edib
- 20-04-2023, 23:30
- Siyasət
- 0
- 211
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Masallı rayon sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
Nazir müavini onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az