• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

    Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

     
    Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

    Martın 7-də Masallı şəhər “İlqar Plaza” şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir.
     
    İlk öncə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan bir qrup qadın Masallı şəhər Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
     
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bayram münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açmışdır. Natiq dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusilə qeyd etmişdir. Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışan rayon rəhbəri bu sahədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini vurğulamışdır. RİH başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan masallılı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
     
    Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
     
    Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi, Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Lətifə Mövsümova, Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva, Masallı Regional “Asan Xidmət”in əməkdaşı Zeynəb Məmmədova, Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin anası Sehranə İbrahimova və başqaları Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışmışlar. Bayram münasibətilə xoş arzularını bildirən çıxışçılar qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
     
    Bayram tədbirində həmçinin Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup təhsil və səhiyyə işçisinə Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
     
    Tədbir Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin özfəaliyyət kollektivi və Masallı şəhər Heydər Əliyev Mərkəzinin rəqs qrupu üzvlərinin maraqlı çıxışları ilə yekunlaşmışdır.
     

    Həsənağa ƏLİYEV,
    “Yeni həyat”,
     
    www.yeniheyet.az
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ