Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib

    Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib


    24 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətində 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib.

    Prezident-Xalq-Ordu birliyi, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və vətənpərvərlik konsepsiyasına uyğun təşkil olunan tədbirin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq və fədakarlıq nümunəsini gənc nəslə çatdırmaq, milli birlik və vətənpərvərlik dəyərlərini təbliğ etmək olub.

    Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov açıb.

    Nahid Həsənov çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət, hərbi qulluqçularımızın qəhrəmanlığı və şəhidlərimizin canı bahasına əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə nəticələnib.

    Bildirilib ki, Vətən müharibəsi Azərbaycan xalqının dövlətçilik iradəsini, milli həmrəyliyini və Prezident-Xalq-Ordu birliyini bütün dünyaya nümayiş etdirib. Xalqımızın Vətən sevgisi, Ordumuza göstərdiyi mənəvi dəstək və dövlət ətrafında sıx birliyi Qələbəyə aparan mühüm amillərdən olub.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Zahid Sadıxov və böyük məsləhətçisi Sənan Sadıqov çıxış ediblər.

    Çıxışlarda ölkəmizdə vətənpərvərlik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin Vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmasının əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin xalqımızın Prezidentin ətrafında sıx birləşməsinin, dövlət və xalq birliyinin, Azərbaycan Ordusuna olan inam və dəstəyin tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadığı vurğulanıb.

    Qeyd olunub ki, şəhidlərimizin həyat yolu və Vətən uğrunda göstərdikləri qəhrəmanlıq hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Onların əziz xatirəsinin yaşadılması, keçdikləri şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.

    Tədbirdə vurğulanıb ki, 27 Sentyabr – Anım Günü şəhidlərimizin qarşısında ehtiramımızı ifadə etməklə yanaşı, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın müqəddəs amalını gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

    Sonda şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı, onların Vətənə sədaqət və qəhrəmanlıq nümunəsinin gələcək nəsillər üçün əbədi örnək olacağı bildirilib.







    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    2. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    3. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    4. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    5. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    7. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    8. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    9. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    10. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    11. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    12. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    13. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    14. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    15. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    16. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    17. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    18. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    19. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    20. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    21. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    22. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    23. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    24. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    25. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    26. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    27. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    28. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    29. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    30. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    31. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    32. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    33. 16:03 Dövlət Suverenliyi Gününü
    34. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    35. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    36. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    37. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    38. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    39. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    40. 12:13 Filosofun 50 illik hesabat dərsi
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ