Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi

    Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi

    25 sentyabr 2026-cı il tarixində Masallı rayonunun Qızılağac kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Masallı rayonunda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.
    Müşavirəni giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açıb. Rayon rəhbəri çıxışında Dövlət Proqramının ölkənin aqrar sektorunun inkişafında qarşıya yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb, sənəddə müəyyənləşdirilmiş istiqamətlərin Masallı rayonunda ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

    Rayon rəhbəri Masallının kənd təsərrüfatı potensialından, rayonun tərəvəzçilik və çəltikçilik sahələrində formalaşmış ənənələrindən danışaraq bu istiqamətlərdə istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, müasir aqrotexniki üsulların tətbiqinin genişləndirilməsi və fermerlərin qarşılaşdıqları məsələlərin aidiyyəti qurumlarla birgə həllinin əhəmiyyətini qeyd edərək bildirib ki, kənd təsərrüfatının inkişafı yalnız istehsal sahələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Bu prosesdə suvarma infrastrukturunun yaxşılaşdırılması, texnika və avadanlıqlarla təminatın gücləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması, məhsulların emalı və satış imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Dövlət Proqramının qarşıdakı illər üçün konkret və ardıcıl fəaliyyət istiqamətləri müəyyən etməsi fermerlər üçün əlavə imkanlar yaradır. Dövlət Proqramında aqrar məhsulların istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyən olunub. 

    Sonra Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzə ilə çıxış edib. O, rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Məruzədə fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, məhsuldarlığın artırılması, əkin sahələrindən səmərəli istifadə olunması, müasir aqrotexniki tədbirlərin tətbiqi və aqrar sahədə dövlət dəstəyindən daha geniş yararlanma məsələlərinə toxunulub.
    Müşavirədə İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin rəisi Elvin Nəhmətov da çıxış edib. O, xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanları barədə məlumat verib. Aqrar sahədə yeni investisiya layihələrinin həyata keçirilməsi, mövcud təsərrüfatların genişləndirilməsi və istehsal potensialının artırılması üçün maliyyə dəstəyinin əhəmiyyətini diqqətə çatdırıb.
    Əkin sahələrinin suvarma suyu ilə təmin olunması məsələsi də müşavirənin əsas müzakirə mövzularından olub. Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov çıxış edərək rayon ərazisində suvarma sistemlərinin mövcud vəziyyəti, əkin sahələrinin su ilə təmin olunması, suvarma zamanı qarşıya çıxan məsələlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

    Daha sonra Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov isə əkin və məhsul yığımı mövsümlərində fermerlərin kənd təsərrüfatı texnikası ilə təmin olunması məsələsinə toxunub. O, texnikadan istifadə imkanları, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

    Müşavirənin davamında fermerlərin fikirləri dinlənilib. Qızılağac kəndindən Zamin Abbasov, Ərkivan qəsəbəsindən Aydın Nuraliyev, Xıl kəndindən Nazim İslamov və digər fermerlər çıxış edərək kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün yaradılan imkanlardan, dövlət dəstəyinin əhəmiyyətindən və yeni Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrdən danışıblar. Fermerlər bildiriblər ki, kənd təsərrüfatının inkişafına göstərilən dövlət diqqəti onların istehsal imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Onlar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin fermerlər üçün əlçatan olmasının, aqrar sahədə çalışan insanların qarşılaşdıqları məsələlərin aidiyyəti qurumlarla müzakirə edilməsinin və praktik həll yollarının müəyyənləşdirilməsinin vacibliyini qeyd ediblər.

    Çıxışlarda, həmçinin Masallıda tərəvəzçilik və çəltikçilik sahələrinin daha da genişləndirilməsi, əkin sahələrinin səmərəli istifadəsi, məhsuldarlığın yüksəldilməsi, suvarma və texnika təminatının yaxşılaşdırılması, fermerlərin güzəştli kredit imkanlarından yararlanması və istehsal olunan məhsulların emalı və satış imkanlarının artırılması ilə bağlı təkliflər səsləndirilib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasını, intensiv və rəqabətqabiliyyətli istehsala keçidin sürətləndirilməsini, dəyər zəncirlərinin inkişaf etdirilməsini və fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini əsas hədəflər sırasında müəyyən edir. 

    Müşavirənin sonunda kənd təsərrüfatının inkişafı, əkin sahələrinin səmərəli istifadəsi, tərəvəzçilik və çəltikçilik sahələrinin genişləndirilməsi, fermerlərin maliyyə və texniki imkanlarının artırılması, suvarma suyu ilə təminat, kənd təsərrüfatı texnikasına çıxış və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb





    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    2. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    3. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    4. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    5. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    6. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    7. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    8. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    9. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    10. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    11. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    12. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    13. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    14. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    15. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    16. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    17. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    18. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    19. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    20. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    21. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    22. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    23. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    24. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    25. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    26. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    27. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    28. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    29. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    30. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    31. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    32. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    33. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    34. 16:03 Dövlət Suverenliyi Gününü
    35. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    36. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    37. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    38. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    39. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    40. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ