Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir

    Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir

    17 sentyabr 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin birgə təşkilatçılığı ilə “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.
    Tədbiri Masallı rayon İcra Hakimiyyəti başçının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 may 2026-cı il tarixdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalanmışdır.

    Sərəncamın icrası ilə əlaqədar Masallı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı hazırlanaraq təsdiq edilmişdir. 
    Rayon üzrə investisya qoyuluşu 500 min manatdan çox 18 və 500 min manatdan az 28 olmaqla, ümumilikdə 46 sahibkarlıq subyekti Dövlət Proqramının icrasına qoşulmuşdur.

    Sahibkarlığın inkişafının dəstəklənməsi, ixrac imkanlarının genişləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması və investisiya layihələrinin təşviqi məqsədilə yeni dəstək mexanizmləri müəyyən edilib.

    Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev Masallı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrində tətbiq ediləcək yeni subsidiya və dövlət dəstəyi mexanizmləri barədə məlumat vermiş və bildirmişdir ki, yeni qərarlara əsasən müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün bir sıra əkin subsidiyalarının məbləği artırılır. Əlavə olaraq qeyd olunub ki, yeni subsidiya və dövlət dəstəyi mexanizmlərinin tətbiqi Masallı rayonunda kənd təsərrüfatı istehsalının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, emal sahələrinin inkişafı və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması baxımından mühüm imkanlar yaradır.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin rəisi Elvin Nəhmətov “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda təqdimatı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

    Təqdimatda:
    İxrac fəaliyyətinə dəstək: Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının xarici bazarlara ixracı zamanı yaranan daşıma xərclərinin 70%-dək hissəsinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Həmçinin Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ölkənin digər ərazilərinə daşınması üzrə xərclərin 70%-i dəstək məbləği kimi sahibkara geri ödəniləcək. Mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi kompensasiya ediləcək.
    Güzəştli maliyyələşmə: Sahibkarlar üçün 5%-lə güzəştli kreditlər, eləcə də 9%-dək faiz dərəcəsi ilə avadanlıq kreditləri təqdim edilir. Kreditlər üzrə hesablanmış illik faizin 50%-nin dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulur. Girov imkanları kifayət etməyən sahibkarlar üçün kreditin əsas borcuna dövlət zəmanəti verilməsi də mümkündür.
    Elektrik şəbəkəsinə qoşulma: Sənaye və kənd təsərrüfatı daxil olmaqla 23 fəaliyyət sahəsində çalışan sahibkarların elektrik şəbəkəsinə qoşulma haqqının 50%-nin dövlət büdcəsindən subsidiya kimi ödənilməsi nəzərdə tutulur. Mexanizmin 2027–2030-cu illərdə tətbiqi planlaşdırılır.

    Strateji investisiya layihələri: Ölkənin uzunmüddətli inkişaf prioritetlərinə uyğun, yüksək investisiya tutumuna və sosial-iqtisadi nəticələrə malik layihələrin “sürətli keçid” mexanizmi əsasında seçilməsi nəzərdə tutulur. Mexanizm aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və layihələrin icra müddətinin qısaldılmasına xidmət edəcək.

    Yeni dəstək alətləri sahibkarların maliyyə imkanlarının artırılmasına, ixracın stimullaşdırılmasına, investisiya fəaliyyətinin genişləndirilməsinə və regionlarda sahibkarlığın inkişafına yönəlib.

    Tədbir sahibkar və fermerlərin sualları, eləcə də diskusiya ilə yekunlaşmışdır.










    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    2. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    3. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    4. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    5. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    6. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    7. 12:13 Filosofun 50 illik hesabat dərsi
    8. 12:07 Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb
    9. 22:51 Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
    10. 22:49 Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
    11. 22:47 Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
    12. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    13. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    14. 13:59 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası
    15. 13:18 Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
    16. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    17. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    18. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    19. 20:39 Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib
    20. 20:08 Masallı Rayon İcra Hakimiyyəti başçsının 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    21. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    22. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    23. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    24. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    25. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    26. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    27. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    28. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    29. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    30. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    31. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    32. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    33. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    34. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    35. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    36. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    37. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    38. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    39. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    40. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ