Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
- 13-11-2026, 23:30
- Siyasət
- 0
- 6
13.11. 2026-ci il tarixdə Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta ümumtəhsil məktəbində Masallı Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının birgə təşkilatçılığı, Masallı rayon Təhsil sektorunun dəstəyi ilə Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi- Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının baş mütəxəssisi İntiqam Bağırov, şagirdlər və müəllimlər iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Aybəniz Novruzova BMT Uşaq hüquqları Konvensiyasında və ölkə qanunvericiliyində təsbit olunan uşaq hüquqları ilə bağlı geniş məlumat verərək, uşaq hüquqlarının dövlət tərəfindən müdafiə mexanizmlərini şagirdlərin diqqətinə çatdırmış, erkən nikahın fəsadları barədə məlumat vermişdir.
İntiqam Bağırov uşaq əməyinin istismarı və Sosial Xidmətlər Agentliyinin uşaq hüquqlarının müdafiəsi sahəsində vəzifələrini auditorianın diqqətinə çatdırmışdır.
Sonda şagirdlərin sualları cavablandırılmışdır.
































