• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı məktəblilərinin şimal bölgəsi ilə tanışlığı başa çatıb - FOTO

    Masallı məktəblilərinin şimal bölgəsi ilə tanışlığı başa çatıb - FOTO

    • 26-03-2019, 17:22
    • Təhsil
    • 0
    • 1 167
    Masallı məktəblilərinin şimal bölgəsi ilə tanışlığı başa çatıb

    Masallı məktəblilərinin ölkəmizin şimal bölgəsinə ekskursiyası martın 26-da başa çatıb.
    Şagirdlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Quba və Qusardan sonra Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olub.
    Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktəbliləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, regional mədəniyyət idarəsinin, təhsil şöbəsinin nümayəndələri qarşılayıblar. Şagirdlər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
    Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir görünüşü ilə diqqəti cəlb edən Xaçmaz həm də geniş turizm imkanlarına malikdir.
    Qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzində də olublar. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara və sənədlərə geniş yer verilib. Mərkəzdə əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər də nümayiş etdirilir.
    Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstləri qoyulan, açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi"nə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
    Tur-aksiya iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
    Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar.
    Meydan və Çənlibel parklarında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq yola salınıblar.
    Tur-aksiya iştirakçıları yolüstü “Şabran şəhəri” tarixi qoruğunda olublar. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanışlıq şagirdlərdə zəngin təəssürat doğurub.









     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    3. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    4. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    5. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    7. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    8. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    9. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    10. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    11. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    12. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    13. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    14. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    15. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    16. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    17. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    18. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    19. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    20. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    21. 19:56 Qalıb Azərbaycan Ordusu
    22. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    23. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    24. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    25. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    26. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    27. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    28. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    29. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    30. 10:00 Peşəkar ordumuz
    31. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    32. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    33. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    34. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    35. 19:02 Ələşrəf Niftiyev 80
    36. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ