• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Boradigah qəsəbəsində yeni məktəb binasına baxış keçirilib

    Masallının Boradigah qəsəbəsində yeni məktəb binasına baxış keçirilib


    Masallının Boradigah qəsəbəsində yeni məktəb binasına baxış keçirilib 

    Masallı rayonunun Boradigah qəsəbəsində Təhsil Nazirliyinin sifarişi ilə inşa edilmiş 624 şagird yerlik, üçmərtəbəli yeni məktəb binasına baxış keçirilib.
    İnqilab Nağıyev adına Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbi üçün qəsəbənin yaxınlığında, təzə torpaq sahəsində inşa edilmiş yeni binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb.
    Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə tikinti «Starkonstrukşin-12» şirkəti tərəfindən 2019-cu ilin dekabr ayında inşasına başlanılan yeni tədris müəssisəsi 35 otaqdan ibarətdir. Məktəb binasında 28 sinif olacaq.
    Yeni məktəb binasında akt və idman zalları, kitabxana, kimya, informatika və texnologiya kabinetləri, hərbi otaq, bufet, tibb otağı müəllim və şagirdlərin istifadəsinə verilib.
    Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.
    Yeni təhsil ocağı su, işıq və istilik sistemi ilə təmin olunub.
    Məktəb həyətinə asfalt döşənib, həmişəyaşıl və meyvə ağacları, gül kolları əkilib. Yaxın gələcəkdə sərv ağaclarının əkilməsi planlaşdırılıb.
    Tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.
    Binada sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, hərbi hazırlıq, texnologiya otaqları, kitabxana, akt və idman zalları yerləşir.
    Hazırda məktəbdə 520 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur. Onlardan 30 nəfəri ali, 10 nəfəri isə orta ixtisas təhsilli pedaqoqdur. Yeni dərs ilində 40 uşaq birinci sinfə qədəm qoyacaq.
    Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Masallı rayonunda da davamlı tədbirlər həyata keçirilir. Belə ki, təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində rayonda 55-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.
    Məktəb binasına baxış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat İdarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, müavini Ülkər Babayeva, 14 saylı Ərazi Maliyyə İdarəsinin rəisi Ehtiram Muxtarov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Boradigah qəsəbəsi 2 nömrəli tam orta məktəbinin direktoru Nurməmməd Ağayev iştirak ediblər.











     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ