• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunun Qızılağac kəndində yeni məktəb binasının açılışı olub

    Masallı rayonunun Qızılağac kəndində yeni məktəb binasının açılışı olub

    Masallı rayonunun Qızılağac kəndində yeni məktəb binasının açılışı olub 

    Sentyabrın 22-də, yeni dərs ilinin ilk günü Masallı rayonunun Qızılağac kəndində inşa edilmiş 528 şagird yerlik, üçmərtəbəli yeni məktəb binasının açılışı olub.
    Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən il, 11 avqust 2020-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
    Qızılağac kənd şəhid Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbi üçün yeni bina köhnə məktəbin yaxınlığında inşa edilib. Üçmərtəbəli yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
    Məktəb binasına baxış tədbrində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, Təhsil Nazirinin müavini Muxtar Məmmədov, 14 saylı Ərazi Maliyyə İdarəsinin rəisi Ehtiram Muxtarov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, şəhid Sübhan Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin direktoru Şəhla Fətullayeva və başqaları iştirak ediblər.
    Rəsmilər, məktəb rəhbərliyi, kənd sakinləri və şagirdlər Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, yeni dərs ilində uğurlar arzulayıblar.
    Yeni məktəb binasında 26 sinif otağı olmaqla laboratoriyalar, fənn kabinetləri, hərbi hazırlıq, texnologiya otaqları, kitabxana, akt və geniş idman zalları yerləşir.
    Yeni təhsil ocağı su, işıq və istilik sistemi ilə təmin olunub. Məktəb həyətinə yeni asfalt döşənib, gül kolları əkilib.
    Tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.
    Cari tədris ilində məktəbi 16 nəfər şagird bitirib. Onlardan 8 nəfəri müxtəlif ali məktəblərə qəbul olunub. Hazırda məktəbdə təhsil alan 511 şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Bu gün, yeni dərs ilində 44 uşaq birinci sinifə qədəm qoyur.
    Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Masallı rayonunda da davamlı tədbirlər həyata keçirilir. Belə ki, təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində rayonda bundan sonra da qəzalı vəziyyətdə olan 26 yeni məktəb binasının tikilməsi və ya əsaslı təmir olunması nəzərdə tutulur.

     


     









     
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ