• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Beynəlxalq Müəllimlər günü

    Masallıda Beynəlxalq Müəllimlər günü

    Masallıda Beynəlxalq Müəllimlər günü 

    Oktyabrın 5-də Beynəlxalq Müəllimlər günü münasibətilə Masallıda videomüşavirə keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
    Videomüşavirə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiramla yad edilməsi ilə başlanıb.
    Masallı RİHB-nin müavini Aybəniz Qafarova Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdıraraq bildirib ki, Azərbaycanda gedən hərtərəfli inkişaf təhsil sistemində də nəzərə çarpan dəyişiklik və ürəkaçan mənzərə yaradıb: «Respublikada həyata keçirilən təhsil sisteminin uğurlarında rayonda fəaliyyət göstərən bütün pedaqoji kollektivlər yaxından iştirak edir. Heç təsadüfi deyildir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasının 109 maddəsinin 23-cü bəndini rəhbər tutaraq təhsilin inkişafında xidmətlərinə görə təltif etdiyi müəllimlər arasında Masallıdan olan pedaqoqlar – Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Mirtahir Həsənağa oğlu Abdullayev «Əməkdar müəllim», Bala Kolatan kənd tam orta məktəbinin direktoru Elmar Rəfail oğlu Qulamov isə «Tərəqqi» medalı ilə təltif edilib. Bu təkcə həmin müəllimlərə yox, ümumilikdə Masallı təhsilinə verilən qiymətdir. Bu münasibətlə bütün müəllimlər adından Azərbaycan Prezidentinə təşəkürümüzü bildiririk. 44 günlük Vətən müharibəsində Masallıdan olan 17 nəfər pedaqoji cəbhənin adamları 30 il düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında fədakarlıq göstəriblər.”
    Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov müəllimləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan T.Əkbərov, rayonda bu istiqamətdə görülən işlər barədə məlumat verib və qeyd edib ki, bu il ümumtəhsil məktəblərinin XI sinfini bitirən 1473 şagirddən 600 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 173 nəfəri müəllim ixtisasını seçib.
    Videomüşavirədə fikir mübadiləsi aparılıb.
    Tədbirin yekunlaşdıran A.Qafarova bir qrup qabaqcıl müəllimə Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» adının verilməsi və Masallı RİH-nin Fəxri Fərmanlarının verilməsi haqqında sərəncamları oxuyub.

       
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ