• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda ulu öndərin anım gününə həsr olunmuş konfrans

    Masallıda ulu öndərin anım gününə həsr olunmuş konfrans

     

    Masallıda ulu öndərin anım gününə həsr olunmuş konfrans

    Dekabrın 12-də Masallı şəhər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Ulu öndərin həyatı və titanik fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
    Konfransı giriş nitqi ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ulu öndərin qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb.
    Məruzəçi qeyd edib ki, hər bir insanın tarixi dəyəri onun öz ölkəsi, Vətəni, milləti qarşısındakı xidmətləri ilə ölçülür. Zaman şəxsiyyəti yetişdirdiyi kimi dahi insanlar da tarixin gedişinə təsir edərək dövrün və zamanın baş qəhrəmanına çevrilirlər. Ulu öndər Heydər Əliyev də Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi.
    Məruzəçi ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərə nəzər salıb, bu müddətdə Azərbaycanın inkişafından danışıb.
    1991-ci ilin 18 oktyabrında istiqlaliyyətini elan etmiş Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos və anarxiya mühitindən bəhs edən məruzəçi Azərbaycanın bu fəlakətdən qurtarmağa qadir yeganə şəxsiyyətin ulu öndər Heydər Əliyev olduğunu qeyd edərək göstərib ki, xalq məhz bu yolu seçdi.
    Natiq deyib: -1993-cü ilin iyununda ölkədə yaşanan təlatümlər təsdiqləyirdi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətinə, geniş siyasi dünya görüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək missiyasının öhdəsindən uğurla gələ bilər.
    Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün rəhbəri seçmiş, müdrik liderin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna çıxmışdır.
    Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də 1995-ci ilin 12 noyabrında müstəqil respublikamızın ilk Konstitusiyasının qəbul edilməsi olmuşdur. Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə əməl etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır.
    Ulu öndər Heydər Əliyev müasir, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən demokratik dövlətinə çevrilir.
    Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev çıxışlarında bildiriblər ki, ölkənin ən ağır vəziyyətində xalqın tələbilə siyasi hakimiyyətə qayıdan ulu öndərimiz, dahi siyasətçi Heydər Əliyev dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi, Azərbaycanı inkişaf yoluna çıxartdı.
    Konfransı YAP Masallı rayon təşkilatının sədri S.Əliyev yekunlaşdırıb.

    “Yeni həyat”,
    www.yeniheyet.az 
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    3. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    4. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    5. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    7. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    8. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    9. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    10. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    11. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    12. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    13. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    14. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    15. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    16. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    17. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    18. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    19. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    20. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    21. 19:56 Qalıb Azərbaycan Ordusu
    22. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    23. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    24. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    25. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    26. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    27. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    28. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    29. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    30. 10:00 Peşəkar ordumuz
    31. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    32. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    33. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    34. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    35. 19:02 Ələşrəf Niftiyev 80
    36. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ