• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib

    Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib

    Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib 

    Aprelin 1-də Masallı Rayon İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib.
    Onlayn müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və fəallar iştirak ediblər.
    Onlayn görüşü giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş. Məmmədov açmış, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
    İcra başçısı müşavirə iştirakçılarının diqqətinə çatdırdı ki, dünən, martın 31-də baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın onlayn formatda növbəti iclası keçirilib. İclasda Operativ qərargahın üzvləri, şəhər və rayonların icra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər. İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti , yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub. Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.
    Bir sıra rayonlar kimi Masallının da məqbul sayıldığını qeyd edən rayon rəhbəri əhalinin 228977 nəfərə çatdığını bildirərək, pandemiya dövründə bütün uğurlu nəticələr ərazi nümayəndəlikləri, mobil qruplar, polis əməkdaşları və fəal vətəndaşların birgə əməyi nəticəsində əldə olunub. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir. -Vəziyyətin gərgin olmaması üçün görüşlər keçirildi. Mobil qpuplar, növbətçi fəallar vaxtaşırı maskalar, spirt payladılar. Rayon rəhbəri karantin dövründə səhiyyə xidməti, maarifləndirmə, dezinfeksiya və təhlükəsizliklə bağlı əziyyəti olan, eləcə də xeyriyyə əməlləri ilə insanlara dəstək olan, habelə mövcud vəziyyətin tələblərinə əməl etdikləri üçün bütün Masallı vətəndaşlarına öz dərin minnətarlığını bildirdi.
    «Masallı vətəndaşları çətinliyə baxmayaraq bütün bu müddət ərzində yaxşı vətəndaş olduqlarını ölkədə bir daha nümayiş etdirdilər», deyə icra başçısı bildirdi. -Təhlillər aparıldı. İşdə nöqsanlar da var. Son müşahidələr göstərir ki, əhali arasında arxayınçılıq yaranmışdır. Maskasız gəzənlər çoxalır. Belə hallara yol vermək olmaz.
    Ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim millətin yanında olduğunu bildirən icra başçısı geniş nitqində, onların vətəndaşların sağlamlığını ön plana çəkməsinə, rifah səviyyəsinin daha da yüksəldilməs sayəsində gördükləri işlərə diqqəti çəkdi.
    Nöqsanlardan danışan Ş.Məmmədov və onlayn müşavirədə çıxış edən Masallı şəhəri üzrə ərazi nümayəndəsi Kamal Mazanov, Banbaşı kənd ərazisi üzrə nümayəndəsi Elsevər Məcidov, Xırmandalı kənd ərazisi üzrə nümayəndəsi Məhəmməd Yusifov, Təklə kənd ərazisi üzrə nümayəndəsi Tural Bəşirov, Təzə Alvadı kənd ərazisi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov və başqaları on gün müddət ərzində, növbəti müşavirə vaxtınadək işlərini nümunəvi qurmağa səy edəcəklərini bildirdilər.
    Müşavirədə bəzi ərazi nümayəndəsinə xəbərdarlıq, sonuncu xəbərdarlıq və töhmət elan olundu.
    RİH başçısı eyni zamanda təhsilə xüsusi diqqət yetirildiyini bildirib. Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərovdən ümumtəhsil məktəblərində dərslərin müəllimlər tərəfindən keçirilməsinə xüsusi diqqət yetirilməsini və bunun bütün məktəb direktorlarına aid olduğunu tələb etdi. Ulu Öndər Heydər Əliyevin «Təhsil millətin gəlkəcəyidir» məşhur kəlamını diqqətə çəkib, məktəb direktorlarından Mirxanım Hüseynova (şəhər 1 nömrəli tam orta), Astan İbişov (şəhər 3 nömrəli tam orta), Taleh Əkbərov («Dəfinə» məktəb-liseyi), Hamlet Quliyev (şəhər 4 nömrəli), İmaməddin Mövsümov (Yeyənkənd tam orta) və başqalarına söz verdi, nöqsanlar qeyd olundu. Məktəblərdə yalnız yaxşı vətəndaşlar və bilikli gənclər yetişdirmək tələbi irəli sürüldü. Pandemiya dövründə maskasız hərəkət edən məktəb şagirdlərindən söhbət açıldı. Bu barədə pedaqoji kollektivlərin rəhbərlərinə, onlara dərs deyən müəllimlərə tapşırıqlar verildi.
    Onlayn müşavidərədə Masallı Rayon Prokuroru Vəli Mustafayev, RPŞ-nin rəisi Azay Ağayev, Qızılağac kəndinin bələdiyyə sədri Şamil Məmmədov və başqaları çıxış etdilər.
    Müşavirədə həmçinin rayonumuzda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Kənd təsərrüfatı işlərinin gedişindən, xüsusilə yaz tarla işlərinə hazırlıq barədə ətraflı danışan rayon rəhbəri əkin sahələri, suvarma məsələləri, sututarlar, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    Dövlət başçısının ölkəmizdə tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafı ilə bağlı verdiyi Sərəncam, tapşırıq və tövsiyələrin rayonda uğurla icra olunur. İstehsal sahələri genişlənir. Hazırda barama tədarükü diqqət mərkəzindədir.
    RİH başçısının müavinləri və şöbə müdirləri, DAİM-in rəisi, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyə sədrlərinə və Viləşçay su dəryaçasının müdirinə tapşırıqlar verildi.
    Müşavirənin işini yekunlaşdıran RİH başçısı Ş.Məmmədov, qeyd olunan nöqsanların aradan qaldərılması və verilən tapşırıqların icra vəziyyətinə on gün müddətində yenidən baxılacağnı bildirib, peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, vaksinasiya prosesinin sürətləndirilməsi və prosesə nəzarətin gücləndirilməsi barədə tapşırıqlarını verib.

    www.yeniheyet.az
     
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ