• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şəhid mayor Anar Novruzovun ad günü qeyd olunub

    Şəhid mayor Anar Novruzovun ad günü qeyd olunub

    Yaşasaydı 45 yaşı tamam olacaqdı

     Mayın 12-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Tovuz döyüşləri şəhidi, mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun ad günü qeyd olunub.
     Pandemiya qaydalarına riayət olunmaqla, şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə keçirilən mərasimdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə xanım, rayon rəsmiləri, şəhidin ailə üzvləri və yaxınları, hərbçi yoldaşları, qəsəbə sakinləri iştirak ediblər.
     Əvvəlcə şəhid zabitin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, şəhidin ailəsinə baş sağlığı verilib.
     Anım mərasimində şəhidin həyat yolundan, döyüşlərdəki qəhrəmanlığından danışılıb.
     
      Şərəfli, müqəddəs ömür yaşamış Anar kimi qəhrəmanlarımızın həyat yolunun bugünkü gənclərə, o cümlədən gələcək nəsillərə örnək olduğunu bildirən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, rayonda mütəmadi olaraq şəhidlərin xatirəsinə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. O, deyib ki, bu günlərdə Anar Novruzovun anadan olmasının 45 illiyi ilə əlaqədar onlayn qaydada keçirilən şahmat üzrə rayon birinciliyi və şeir müsabiqəsinə yekun vurulub. İdarə rəisi və Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirov yarışların qalıblərinə doiplomlar təqdim ediblər.  
      “Regional Hüquqi İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, yazıçı-publisist Nurəddin Ədiloğlu, jurnalist Əyyar Tahirov, ehtiyatda olan polkovnik-leytenant Loğman Xanlarov, şəhidin hərbçi bacısı qızları Afaq və Səbirə Məmmədovalar, “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nümayəndəsi Azər Əliyev, şəhidin döyüş yoldaşı Ruhid Rüstəmov və başqaları Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb, Anar Novruzovla bağlı xatirələrini bölüşüb, igid oğullarımızın şücaət göstərərək həyatları bahasına torpaqlarımızı işğalçılardan azad edildiyini qeyd ediblər.
      Bildirilib ki, Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzov və onun kimi şəhidlərimiz həmişə yaddaşlarda qalacaq, könüllərdə yaşayacaqlar.
     Şəhidin əmisi Bəyverdi Novruzov, qardaşı Sücəddin Novruzov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıq ifadə edib, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
     Masallı Xalq Teatrı üzvlərinin və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib, Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə şəhid Anar Novruzov haqqında nəşr edilən “Akula ləqəbli kəşfiyyatçı” kitabının (müəllif: AJB-nin üzvü, Prezident təqaüdçüsü, şairə-publisist Güləmail Murad), “Regional Hüquqi İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çəkilən sənədli filmin (yaradıcı heyət: Mərhəmət Lələyev, Nurşad Bayramov, Rəşad Fərəcov) təqdimatı olub.
       Məlumat üçün bildirək ki, Respublika Prezidentinin Sərəncamı ilə Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Ərkivan qəsəbəsinin mərkəzi küçəsinə şəhidin adı verilib. Yaşadığı evin qarşısında büstü qoyulub.
      Akif AĞAYEV, 
     www.yeniheyet.az
         
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ