• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vətən boyda Murad eşqi

    Vətən boyda Murad eşqi

    Vətən boyda Murad eşqi

    Qəlbimizdə cövlan edən ən ülvi hissdir doğma yurda sevgi, ana torpağa məhəbbət duyğusu. Hər birimiz Vətənə xidmətdəyik. Vəzifəsindən, peşəsindən asılı olmayaraq. Bu, bizimçün şərəfdir, qürurdur. Çünki  üzərində gəzdiyimiz, əcdadlarımızın ruhu dolaşan torpaq müqəddəsdir, lap elə Məkkə, Mədinə kimi. Alınan torpaqları, o cənnət Qarabağı hamılıqla ziyarət edəcəyik, Murad Nefesovun timsalında bütün şəhidlərimizin ruhu şad olsun, deyə... 
     Qısa tanıtım: Murad Ocaqdurdu oğlu Nefesov 9 fevral 2001-ci ildə Masallı şəhərində anadan olub. 2019-cu ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbini bitirib. 2019-cu ilin aprelində hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərindəki “N” saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirib. O, 27 sentyabr 2020-ci il tarixdə, erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın alınmasında iştirak edib. M.Nefesov 7 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 9 noyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.
    Respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Murad Nefesov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunması” medalları ilə təltif olunub.
     
    Başını Vətənin köksünə qoyub
     
    Hər şəhid ailəsinin qapısını döyəndə qəribə hisslər keçirir, ev sahibləri ilə salamlaşanadək özümə ünvanladığım bir neçə sualı cavablandırmağa çalışıram: Bugünkü müsahibəni hansı səpgidə qurum - ənənəvi, yoxsa ki fərqli? Görəsən söhbətə necə başlasam yaxşı alınar? Filan sualı versəm xətirlərinə dəyməz ki? Axı, analar kövrək və həssas olurlar... 
    İçəri keçib, masa arxasında əyləşib, müsahibimin səsini eşidənədək bu sıxıntılar məni rahat buraxmır. Şəhid anası Gülarə xanım Novruzovanı dinləməyə, dərdinə şərik olmağa çalışıram:
    -Çalışqan, zəhmətkeş uşaq idi. Mənim işləməyimə, əziyyət çəkməyimə razı deyildi. Odur ki, ailəmizin güzəranından ötrü narahat olar,  dolanışığımıza kömək etməyə çalışardı. Bənna və dülgərlərlə birgə işləyərdi. Həm evə qazanc gətirər, həm də peşəyə sahiblənmək istəyirdi. Deyirdi, hələ özümə maşın da alacağam. Əzab-əziyyətə qatlaşaraq, Allaha şükr edib dolanmışıq.
    Bakıda hərbi xidmətdə olanda yanına gedib-gəlirdik. Xüsusi karantin rejimindən sonra görüşə bilmədik...
    Kürəkənimlə, qızımla telefonla danışanda onlara tapşırarmış ki, anamdan muğayat olun. Ona heç nə deməyin. Üstüötülü şəkildə deyərmiş:”Əyni-baş almışıq, təkcə ayaqqabı qalıb, onu da alsaq, işimiz tamamlanacaq.” Mənimlə danışanda isə Bakıda olduğunu, ondan başqa bütün yoldaşlarının cəbhəyə yollandığını deyirdi. Sən demə, elə özü də davada imiş. Bir müddət məni bu cür aldada bildi.
    Hər kəlməsi yadıma düşdükcə ürəyim dağlanır. O, mənimlə nəfəs alırdı. Dua etməkdən savayı əlimdən nə gəlirdi ki. Deyirdim ki, sağ-salamat gəlsin, Muradı evləndirim, mən də arzuma çatım.
    Ölümündən bir gün qabaq, zəng vurmuşdu. Sevincək idi:“Ana, bu gün səninlə doyunca danışmaq istəyirəm. Məni çox sevirsən? Axı, sənin bircəcik oğlunam. Həyatın işini bilmək olmaz. Əgər mənə nəsə olsa, haqqını halal et! Ola bilər ki, səni uşaqlıqda incitmişəm, bağışla, ana!” Dedim, ay bala, bu nə sözdür deyirsən? Söhbət arası, sanki özündən asılı olmayaraq: “Ana, nə gözəl yerlərimiz varmış.” Tez dilləndim ki, ana qurban, nə yerlər?..
    Noyabrın 7-də sanki mənə ayan olmuşdu. Özümü pis hiss edirdim. Heç cür rahatlaşa bilmirdim. Sən demə elə...
    Allah heç kəsi ağır dərdə salmasın. Həmin gün nə olubsa bir göz qırpımında olub.  
    Oğlunun qoxusunu divardan asılmış, onunçün müqəddəsləşən əsgər paltarından alan Gülarə ana qəhərlənə-qəhərlənə sözünə davam edir: “Muradı böyük bacısı saxlasa da kiçiyinin də xətrini çox istəyirdi. Şəhid olandan sonra onun yuxusuna da girib. Qışqırırmış ki, bu dalaşanları niyə ayıra bilmirəm. Ağlayaraq deyirmiş ki, sizi and verirəm Allaha, savaşmayın, ayrılın! Balam yuxuda da müharibəni durdurmaq istəyirmiş...”
    Mənimsə xəyalımda dolaşan bu misralar şəhid anasının fikrini tamamlayırdı:
    Başını Vətənin köksünə qoyub,
    Zəfər laylasıyla yatıb Muradım.
    19 yaşında dünyadan doyub,
    Arzu-muradına çatıb Muradım.
      
    Muradın mübarək ruhu sevindi... 
     
    Alınmaz Şuşa qalasında, qartalların qıy vurduğu dağların zirvəsində şəhidlik zirvəsinə ucaldı Murad, tağım komandiri, baş leytenant Əlimərdan Quluzadə, gizir Elvin Əzizov, Cavid Sahratov, Səbuhi Səmədov, çavuş Ramiq Ağayev kimi torpağı Vətən edərək əbədiyyət qazandı.
    30 ildən bəri Vətənimizin köksünə sancılan tikanlı sədləri məhv etdik. Qanımız, igid oğul və qızlarımızın canı bahasına düşmənin qara bağrını dəldik. Zabit Əfləddin Fərzəliyev, Vüsal İmanov, çavuş Mirxalid Bağırov, Rüstəm Həsənov və digər igid hərbçilərimiz Şuşaya qədər mərdliklə döyüşdülər, şərəfimizi, qeyrətimizi ləyaqətlə qorudular, şəhidlərimizin qisasını aldılar. Muradın da mübarək ruhu sevindi...
    Muradın xidmət etdiyi taborun komandiri, mayor Məzahir Mahmudov:“Əsas bölməmiz Füzulidə yerləşirdi. Mərhələli şəkildə Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın yolu və s. istiqamətlərdə döyüşlərə qatılırdıq. Noyabrın 6-da isə başqa səmtə yollanmaq əmri aldıq. Yeni heyət seçməli olduq. Könüllü olaraq irəli atılan üç nəfərdən biri tank tuşlayıcı-operatoru (nişançı) Murad idi. Bu vaxtacan o, məsuliyyəti, əsgər vəzifəsinə dərindən yiyələnməsi, yoldaşlarından geri qalmaması, hər əməliyyat öncəsi təkidlə, ürəklə döyüşlərə qatılmaq istəyi və s. müsbət keyfiyyətləri ilə özünü doğrultmuşdu. Odur ki, həmkarlarımla qərara gəlib, üstünlüyü Murada, eləcə də digər iki əsgərə - Emin Qurbanov və Fəxri Zeyniyevə verdik...
    Əvvəlcə Füzuli, Xocavənd girişinə, sonra isə arxa tərəfdən gizli yollarla Şuşaya doğru istiqamət aldıq. Bizim daxil olduğumuz ərazidə ümumiyyətlə yol mövcud deyildi. Öndə gedən istehkam qüvvələrimiz tərəfindən sıldırım qayalar üzərindən texnikamızın sərbəst hərəkəti mümkün olan yerlərdən yol açıldıqca, kalonumuz Sığnaq və Daşaltıya tərəf irəliləyirdi. Hər tərəfdən yolları bağlayan düşmən bundan xəbərsiz idi. Həmin ərazidə şiddətli, qanlı döyüşlər zamanı Murad şəhid oldu...”
    Ana övladına, oğul isə ana nəvazişinə həsrət... Biri soyuq otaqda, digəri isə dar məzarda Vətən boyda sevgi ilə isinirlər.

    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ