• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə tədbir

    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə tədbir

    • 25-02-2022, 17:10
    • ---
    • 0
    • 460

    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş növbəti - “Qar üstündə qan” adlı tədbir keçirilib. Rayonun Bədəlan kənd tam orta məktəbində təşkil edilən tədbirdə Muzeyin əməkdaşları və adıçəkilən orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

    İlk öncə, Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimiz və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Təhsil müəssisəsinin direktoru A. Mehdiyev çıxışında qeyd edib: “Bu gün keçirilən tədbirdə Vətən uğrunda həlak olanların xatirəsini ehtiramla yad etmək, uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı hadisələri zamanı xalqımıza qarşı törədilən amansız cinayətlər barədə onlara ətraflı məlumatlar vermək məqsədi daşıyır”.

    Məktəbin direktor müavini Məhbubə Şahbazova şagirdlərə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar və digər təbliğat vasitələri barədə məlumat verib.

    Sonra çıxış edən Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində bugünədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş çoxsaylı anım tədbirləri keçirilib, geniş təbliğat-təşviqat işləri aparılır. Kampaniya nəticəsində 17 ölkənin qanunverici orqanı və ABŞ-ın 24 ştatı tərəfindən Xocalı faciəsinin rəsmi olaraq soyqırım kimi tanınması ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib.

    Daha sonra Muzeyin əməkdaşı Çingiz Qurbanov Xocalı soyqırımı barədə geniş məruzə ilə çıxış edib. Ç. Qurbanov deyib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri əliyalın Xocalı əhalisinə qarşı soyqırım törədiblər. Həmin gecə mənfur düşmən Xocalı şəhərini yerlə-yeksan edib, abidələrimiz isə erməni vandalizminin qurbanı olub".

    Məktəbin tarix müəllimi Ceyhun Fəttayev bildirib ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində Zəfərlə başa çatdı.

    Sonda tədbir iştirakçıları şagirdlərin hazırladıqları “Xocalı harayı” adlı bədii kompozisiyaya, Xocalı faciəsindən bəhs edən videoçarx və fotosərgiyə tamaşa ediblər.



     

    Əlihüseyn Şükürov

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ