• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Məqsəd aqrobiznesdə qadın sahibkarların sayını artırmaqdır

    Məqsəd aqrobiznesdə qadın sahibkarların sayını artırmaqdır

    • 14-02-2019, 19:13
    • Aqrar
    • 0
    • 1 897
    Masallıda “Cənub” Qadın İnkişaf Qrupunun təndir evinin açılışı
     
    Məqsəd aqrobiznesdə qadın sahibkarların sayını artırmaqdır
     
    Bu gün, fevralın 14-də Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley və başçılıq etdiyi nümayəndə heyəti Masallı rayonunun Çaxırlı kəndində Qadın İnkişaf Qrupunun üzvləri ilə görüşüblər. Görüş çərçivəsində bu kənddə fəaliyyət göstərən “Cənub” Qadın İnkişaf Qrupunun təndir evinin açılışında iştirak ediblər.
    Açılış mərasimində Masallı RİHB-nin müavini Aybəniz Qafarova, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley, Respublika Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, Qadın qrupları üzrə menecer Gülbəniz Qənbərova, Beynəlxalq Maliyyə Korporosiyasının ölkə direktoru Aliyə Əzimova, “Cənub” Qadın İnkişaf Qrupunun rəhbəri Səadət Rufullayeva, gənc AMAL-çı Ehtiram Həmidov, QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində məşğul əhalinin 55,8 %-ni qadınlar təşkil edir. Lakin aqrar biznes sahibi olan qadınların sayı çox azdır. Odur ki, əsas məqsədlərdən biri də aqrar sahədə sahibkar qadınların sayının artmasıdır. Bu gün dövlətimiz tərəfindən bütün istehsal sahələri üzrə qadınların təşəbbüsləri dəstəklənir. 2018-ci ilin martından əsası qoyulan qadın qruplarının sayının indi 14 rayonda 28-ə çatıb və 335 qadını birləşdirib. Bu qruplardakı qadınların fəaliyyəti AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsinin) ideyasının yaranmasında xüsusi rol oynayıb. Qısa müddət ərzində, planlı şəkildə özlərinə 17 biznes qurmuş bu kənd qadınlarının nümunəsindən AMAL layihəsinə qoşulan gənclər faydalanacaq.
    Qeyd edilib ki, “Cənub” Qadın İnkişaf Qrupu 11 kənd qadınının bir araya gəlməsi ilə yaranıb. Qrup üzvlərinə Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində “Biznesin inkişafı və idarə edilməsi”, “Qadın İnkişaf Qrupları üçün mikro müəssisənin təşkili və idarə edilməsi“ və tibbi mövzularda təlimlər verilib.
    Hazırda qrup öz biznes müəssisəsini 4 təndir, 1 kürə və şirniyyat bişirmək üçün aldığı avadanlıqlarla genişləndirərək, cənub çörəyi, ləvəngi və cənub zonasına xas olan müxtəlif milli şirniyyatların hazırlanması və satışı ilə məşğuldur. Onların bişirdiyi çörək, ləvəngi və digər şirniyyatlar şadlıq saraylarına, marketlərə, məktəbə və kənd sakinlərinə satılır.
    “Cənub çörəyi” təndirxanasının rəmzi açılışını bildirən lenti kəsilib, qonaqlar burda çalışanların fəaliyyəti ilə tanış olublar. “Qız yurdu”, “Bahar”, “Sahil”, “Cənub” Qadın İnkişaf Qrupu üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. “Həcər” folklor kollektivinin çıxışı izlənilib.
    Sonra nümayəndə heyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD-in) dəstəklədiyi Masallı Qadın Resurs Mərkəzinin şəhərin mərkəzində yerləşən “Qadın dünyası” ticarət-xidmət mərkəzində olublar. BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Gülarə Hümbətova qonaqları burda fəaliyyət göstərən moda evi, kosmetika aləmi, gözəllik salonu, fitnes və sağlamlıq mərkəzi adlı bölmələrində çalışan qadınların gündəlik işi barədə ətraflı məlumatlandırıb.
     






     

     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ