Главная > Dünya Xəbərləri > Rusiyada baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb
Rusiyada baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb25-09-2023, 17:23. Разместил: admin44 |
Sentyabrın 24-də Rusiyanın Nijni Novqorod vilayətində baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Rusiya mətbuatına istinadla xəbər verir ki, Kstovski rayonunun Şelokşa kəndi yaxınlığında M-7 şosesində avtobus və yük maşını toqquşub. Xəsarət alan 17 nəfərdən 9-u xəstəxanaya yerləşdirilib, beşinin vəziyyəti ağırdır. Qəzada 3 nəfər ölüb. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |