Masallı taekvondoçusu respublika çempionudur
- 26-12-2019, 16:57
- İdman
- 0
- 1 140
İdmançımız ölkə birinciliyinin qızıl medalını qazanıb
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində taekvondo idman növü üzrə yeniyetmə, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı (24-28 dekabr) keçirilir.
Abşeron Olimpiya İdman Kompleksində davam eədn yarışların yeniyetmələr arasındakı (24-25 dekabr) mərhələsinə yekun vurulub.
Çempionatda Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri də iştrak edib.
Yeniyetmə qızlar arasında mübarizə aparan taekvondoçumuz Sevda Əzizova 44 kiloqram çəki dərəcəsində bütün rəqiblərindən güclü olub. O, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahiblənib.
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az