• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vətənimizin idman şöhrətini zirvələrdə saxlayaq  

    Vətənimizin idman şöhrətini zirvələrdə saxlayaq  

    • 19-03-2022, 19:30
    • İdman
    • 0
    • 699

    Azərbaycanda idman sahəsində qazanılan yüksək nəticələrin təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir.

    Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin davamlı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu gün idman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bu il bir sıra yeni idman mərkəzləri istifadəyə verilib və bu qurğulardan səmərəli istifadə olunur. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə artmaqdadır. Respublika rəhbərinin idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.

    Möhtərəm Prezidentimiz 23 yaşadək güləşçilərin Bolqarıstanda keçirilən VII Avropa çempionatının iştirakçılarını qəbul edərkən səsləndirdiyi tapşırıq və tövsiyələri aidiyyatı təşkilatlar və idman mütəxəssisləri qarşısında yeni vəzifələr qoyur: “Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur - idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə bir çox yerlərdə istedadlı uşaqlar var, sadəcə olaraq onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır...”
    Hamımız şahidik ki, respublikamızda idmanın inkişafı daha geniş vüsət alır.

    Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Gənc pəhləvanlarımızın Bolqarıstandakı mötəbər yarışda 7-si qızıl olmaqla 16 medal qazanması, yığma komandamızın isə 34 ölkə arasında birinci yerə layiq görülməsi buna bariz nümunədir.
    Bu hər birimiz üçün qürurverici və sevindiricidir. Odur ki, ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə idmançıların sosial müdafiəsi və digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İdmançılar və bu sahədə çalışanlar dövlət mükafatları, fəxri adlarla təltif edilir.
    Bu gün ölkəmizdə idman  və bədən tərbiyəsi təkcə  yeniyetmə və gənclər arasında deyil, eyni zamanda yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəblər səviyyəsində də inkişaf etdirilir. Yüksək dərəcəli idmançıların hazırlanması yönümündə bədən tərbiyəsi-idman təşkilatlarının, uşaq idman müəssisələrinin fəaliyyəti XXI əsrin tələbləri səviyyəsində qurulur.

    Azərbaycanda idmanla bağlı beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirilir. Bu məsələyə Respublika Prezidenti cənab İlham Əliyev martın 17-də idmançılarla görüş zamanı bir daha aydınlıq gətirib: “Bizim beynəlxalq idman qurumları ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz var. Bu əlaqələr əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə kömək göstərir. Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik. Məsələn, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir. Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın...”

    2022-ci il Vətənimizdə "Şuşa ili" elan edib. Artıq Azərbaycan idmanının Qarabağa qayıdışına start verilib. Ağdam şəhərində “İmarət” stadionu yenidən inşası buna bariz nümunədir. Yeni uğurlar, beynəlxalq arenalardakı möhtəşəm qələbələr hələ qabaqdadır. Qarşıda bizi daha məsuliyyətli idman yarışları ilə zəngin il gözləyir.

    Masallı rayonunda da insanların sağlam həyat tərzi ilə təminatı, hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması, yüksək dərəcəli idmançıların beynəlxalq miqyaslı yarışlarda respublikamızı şərəflə təmsil etməsi üçün zəruri şərait var.
    Mən də gənc idmançı kimi dövlətimə xidmət etməkdən, ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram.
     
    Sabiq CAHANGİROV,
    Yeni Azərbaycan Partiyasının üzvü, idmançı.


    "Yeni həyat" qəzeti,
     www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ