Masallılı ikiqat dünya çempionu bu dəfə ikinci oldu  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallılı ikiqat dünya çempionu bu dəfə ikinci oldu 

    Masallılı ikiqat dünya çempionu bu dəfə ikinci oldu 

    • 11-05-2025, 19:28
    • İdman
    • 0
    • 532


    4 döyüşdə qalib oldu, ermənini 4:0 məğlub etdi

    Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu  fudokan üzrə milli komandası, Polşanın Pulavı şəhərində keçirilən fudokan karate üzrə 10-cu dünya çempionatında (8-11 may) iştirak edir.

    Yarışın üçüncü gününə qədər baş məşqçi Bəşir Mahmudovun rəhbərliyilə çıxış edən milli komandamızın üzvləri yüksək nəticələr əldə ediblər.

    Bugün, mayın 11-də kişilər arasında mütləq çəkidə çıxış edən Babək Qələmzadə erməni rəqibini 4:0 məğlub edərək, daha sonra üç döyüş keçirib. Finalda zədə səbəbindən kiçik hesabla polşalı rəqibinə məğlub olan həmyerlimiz gümüş medala sahiblənib.

    Məlumat üçün bildirim ki, Babək Nurəhməd oğlu Qələmzadə 24 iyun 2000-ci ildə Masallı rayonunun Tatyanoba (Güllütəpə ərazisi) kəndində anadan olub. Güllütəpə kənd, Bakı şəhəri 257 nömrəli tam orta məktəblərində təhsil alıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (məşqçi-müəllim ixtisası üzrə) qəbul olub. 
    Uşaqlıq illərindən idmana olan marağı Babəki 11-12 yaşında ikən karate üzrə məşqlərə qatılmağa sövq edib. Bu yolda ona Bakı şəhəri Xətai rayonundakı “Araz” idman klubunun məşqçi-müəllimləri Səyavuş Bayramov və Vüsal İsrafilov bələdçilik ediblər. 
    2015-2017-ci illərdə karate idman növü üzrə respublika çempionu, müxtəlif illərdə isə Azərbayan birinciliklərinin, Türkiyə, Bolqarıstan, Ukrayna, Xorvatiya, Gürcüstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrdə keçirilən beynəlxalq tunirlərin mükafatçısı olub.

    2015-2018-ci illərdə Azərbaycan Milli Karate Federasiyası yeniyetmə və gənclərdən ibarət ölkə yığmasının üzvü olan Babək Qələmzadə 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə, 2018-ci ildə isə Türkiyənin İstanbul şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate do şotokan üzrə dünya çempionatlarının qızıl medalını qazanıb.
    2023-cü ilin 28-30 aprel tarixində Bolqarıstanda WSF üzrə 13-cü Avropa çempionatında qitə çempionu tituluna sahiblənib. O, bu möhtəşəm qələbəsini şəhidlərimizin əziz xatirəsinə həsr edib...

    Full kontakt karate və point karate döyüş növlərinin texnika, metodika və mənəvi dəyərlərinə, eləcə də bütün döyüş biliklərinə mükəmməl səviyyədə yiyələndiyinə görə Dünya Full Kontakt Karate Birliyi (WFKU) Azərbaycan nümayəndəliyinin idarə heyəti Babək Qələmzadəni Bakı şəhəri, Xətai rayonu üzrə rəsmi nümayəndə təyin edib və bu regionda nümayəndəliyin filialı kimi fəaliyyət gəstərməsinə icazə verib. 

    Uğurlu idman karyerası ilə yanaşı Babək Qələmzadə eyni zamanda “Araz” idman klubunda məşqçi-müəllim kimi çalışır. Bir neçə yetirməsi respublika birincilikləri və turnirlərin, mötəbər yarışların qalibidir. 
    Babək və onun yetirmələri bundan sonra da beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla Azərbaycan himnini səsləndirmək, ölkə idmansevərlərinə yeni qələbələr sevinci bəxş etmək əzmindədirlər.


    Akif AĞAYEV






    (materialdan istifadə edərkən istinad mütləqdir)
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    2. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    3. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    6. 21:49 Rayon rəhbərinin şəhid qardaşların ailəsini ziyarəti
    7. 21:47 Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Balaqardaş Vəliyevin ailəsini ziyarət edib
    8. 21:33 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət edib
    9. 09:26 OXUCULARIMIZIN YARADICILIĞI
    10. 14:41 Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib
    11. 14:39 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 04.11.2026
    12. 14:37 Rayon rəhbəri 04 noyabr 2026-cı il tarixdə Babaser kəndində səyyar qəbul keçirib
    13. 17:01 Masallıda "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş növbəti maarifləndirici tədbir
    14. 16:56 Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub
    15. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    16. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    17. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    18. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    19. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    20. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    21. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    22. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    24. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    25. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    26. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    27. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    29. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    30. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    31. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    32. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    34. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    36. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    37. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    38. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    39. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    40. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ