• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunda bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışında iştirak edib

    Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunda bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışında iştirak edib

     

    Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunda bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışında iştirak edib

    Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimi olub.
    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
    Dövlət Neft Şirkətinin – SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı dövlətimizin başçısı İlham Əliyevə məlumat verdi.
    Bildirildi ki, bitum qurğusu istismara verildikdən sonra burada illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Bu qurğuda “PEN 40-60” markalı yüksək keyfiyyətli bitum istehsal ediləcək. Növbəti mərhələlərdə AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulur və artıq bu istiqamətlərdə də işlər sürətlə davam etdirilir.
    Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işlərinin aparılması, həmçinin keçmiş “Azərneftyağ” neft emalı zavodunun ərazisinin mərhələli şəkildə boşaldılaraq, “Ağ şəhər” layihəsinə təhvil verilməsi nəzərdə tutulduğundan, yeni bitum istehsalı qurğusunun tikintisi zəruri idi. Bitum qurğusu 7,7 hektar ərazini əhatə edir. Qurğunun tikintisi zamanı 150 min kubmetrə yaxın torpaq işləri görülüb, 650 tondan çox metal konstruksiyadan, 530 tondan çox borudan istifadə olunub. 2016-cı ildə Avstriyanın “Poerner” şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi müqaviləsi imzalanıb. 2017-ci ilin aprel ayından tikintinin podratçısı “Azfen” şirkəti tərəfindən qurğunun inşasına başlanılıb. Tikinti prosesinə 400 yerli işçi və mütəxəssis cəlb olunub. Layihə qrafikə uyğun başa çatdırılıb.
    Maye qazdoldurma stansiyası 7 avtoçənə və 5 çən vaqona yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın avtoçən və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtoçən və ya dəmir yolu ilə nəqli nəzərdə tutulub. Propan-propilen və butan-butilen fraksiyaları “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində xammal kimi işlənəcək, əmtəə məhsulu kimi isə məişətdə və nəqliyyat vasitələrində istifadəsi üçün satışa çıxarılacaq.
    Prezident İlham Əliyevə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsi barədə məlumat verildi. Ulu Öndərin adını daşıyan neft emalı zavodunun modernləşdirmə layihəsi tarixi əhəmiyyətə malikdir. Layihə tamamlandıqdan sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını artıracaq və ölkəmizin regiondakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Artıq bu mühüm və tarixi layihənin ilkin mərhələsi tamamlanıb. Modernləşdirmə layihəsinin yekunlaşan birinci mərhələsi üç əsas hissədən ibarətdir. Bu hissələrə yeni bitum qurğusu ilə yanaşı, maye qazdoldurma stansiyası və sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerləşəcəyi ərazilərdə söküntü və təmizləmə işlərinin aparılaraq inşaat üçün hazırlanması daxildir.
    Sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan 8 əsas qurğunun yerinin köhnə qurğulardan təmizlənməsi, modernləşdirmənin ümumi gedişatı üçün mühüm məsələ olan torpaq tədqiqat işlərinin görülməsi və ərazinin tikinti-quraşdırma üçün hazırlanması da artıq öz həllini tapıb.
    Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işləri 3 mərhələdə icra olunur. Layihənin 2020-ci ilin sonunadək planlaşdırılan ikinci mərhələsində AVRO-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin birinci yarısına nəzərdə tutulan üçüncü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcək. Aparılacaq işlər zavodun illik emal gücünü 7,5 milyon tona çatdırmaqla “Azərikimya” İstehsalat Birliyinin xammalla təchizatının sabit şəkildə təmin edilməsinə imkan verəcək. Zavodda aparılan yenidənqurma işləri daxili bazarın yüksək keyfiyyətli yanacağa olan tələbatını tam ödəyəcək, bununla yanaşı, Bakıda karbon emissiyasının miqdarının azalmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
    Prezident İlham Əliyev yeni bitum qurğusunu işə saldı.
    Yeni qurğu enerjiyə daha çox qənaət etməklə, ekoloji durumun yaxşılaşdırılmasına, zavodun istismar xərclərinin optimallaşdırılmasına mühüm töhfə verəcək. Bu qurğunun istismara verilməsi nəticəsində əsasən yol inşaatında istifadə olunan asfalt-bitum maddəsinin keyfiyyəti yüksələcək. Asfalt örtüyünün mühüm tərkib hissəsi olan bitum dünyada həm də boya və mürəkkəb istehsalında, kabel, boru, dam və digər səthlərin izolyasiya və germetikliyinin təmin edilməsində, müxtəlif inşaat işlərində istifadə olunur.
     
     
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    2. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    3. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    4. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    5. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    6. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    7. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    8. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    9. 23:30 Tarixi qələbəyə aparan yol
    10. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    11. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    13. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    14. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    15. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    17. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    18. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    19. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    20. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    21. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    23. 11:31 Masallıda Qurban bayramı - 2025
    24. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    25. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    26. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    27. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    28. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    29. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    30. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    32. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    33. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    34. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    35. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    36. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    37. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    38. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    39. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    40. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ