• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

    Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

    Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.
    Kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
    Bildirildi ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb.
    Prezident İlham Əliyev institutun binasının rəmzi açılışını bildirən lenti kəsdi.
    İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.
    Qeyd edək ki, bu institut Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 6 may tarixli qərarına əsasən tərəvəz, bostan və kartof bitkilərinin seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə yaradılıb. “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi inşa olunub.
    Prezident İlham Əliyevə Elektron kənd təsərrüfatı layihəsi barədə məlumat verildi.
    Qeyd olundu ki, bu layihənin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. Sistem kənd təsərrüfatı fəaliyyətləri istiqamətində məlumatları toplamaq, təhlil etmək, bu sistemin istifadəçilərinin məlumatlandırılmasını təmin etmək üçün xüsusi modulları özündə cəmləşdirir. İnstitut və onun tabeli qurumları - Lənkəran, Qusarçay, Tovuz bölgə zona təcrübə stansiyaları, Şəmkir dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur. Hazırda burada 158 nəfər çalışır ki, onlardan da 17-si elmi işçi, 2-si elmlər doktoru, 15-i isə fəlsəfə doktorudur. Kompleksə daxil olan toxum emalı məntəqələrində respublikada ilk dəfə tərəvəz toxumlarının müasir avadanlıqlarla emal olunması və paketlənməsi nəzərdə tutulub.
    İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub.
    Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının, aqrar sahənin inkişafı istiqamətində mühüm işlər görülür. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə icra olunan layihələrdən biridir. Belə müasir kompleksin yaradılması ölkəmizdə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm rola malikdir. Müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə bu cür ixtisaslaşmış müəssisələrin yaradılması qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında da böyük əhəmiyyət daşıyır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir.
    Prezident İlham Əliyevə Aqrar İnkişaf Könüllüləri layihəsinin məqsədi barədə də məlumat verildi.
    Diqqətə çatdırıldı ki, bu layihənin həyata keçirilməsində məqsəd aqrar sektorun inkişafına ictimai dəstək göstərmək, aqrar sahədə könüllü cəmiyyəti formalaşdırmaqdır. Bununla da, gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların təbliği ilə bu sahənin dayanıqlı inkişafına nail olmaqdır.
    Sonra dövlətimizin başçısı Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşdü.
    Könüllü Sarvan CƏBRAYILZADƏ çıxış edərək dedi:
    -Möhtərəm cənab Prezident.
    Sizi aqrar inkişaf könüllüləri adından salamlayırıq. Hərəkatımız aqrar sahədə inkişafa dəstək məqsədi daşıyır. Biz artıq 35 regionda təşkilatlana bilmişik. Biz dörd aydır ki, fəaliyyətə başlamışıq. Bu qısa müddətə baxmayaraq, sıralarımıza 600 gənci cəlb edə bilmişik. Üç il ərzində 10 mindən çox gənci öz sıralarımıza cəlb etməyi nəzərdə tutmuşuq. Bizim könüllülərimiz Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) fəaliyyət göstərirlər. DAİM-lərdə biz fermerlərin yanında oluruq, onlara dəstək veririk, eyni zamanda, özümüz də aqrar sahədə təcrübə qazanırıq. Əminik ki, Sizin xeyir-duanızla, dəstəyinizlə biz daha böyük nailiyyətlərə çata bilərik. Biz könüllülər olaraq həm də fəal maarifləndirmə işi aparırıq. Könüllülərimiz regionlarda fermerlərə aparılan islahatların mahiyyəti barədə məlumat verirlər. Nəticədə fermerlərimiz bu islahatlarla tanış olurlar. Həmçinin könüllülərimiz aqrar sahədə müəyyən təcrübə qazanırlar.
    X X X
    Könüllü Rübabə YUSİFOVA dedi:
    -Möhtərəm cənab Prezident, aqrar inkişaf könüllüləri aqrar təşəbbüsləri dəstəkləyirlər. Dövlətimizin biz gənclərə hədəflənən layihələri var. Könüllülərimizi bu layihələrdə iştirak etməyə çağırırıq. Bilirik ki, könüllülük fəaliyyəti bizim mütəxəssis kimi formalaşmağımıza kömək edəcək. Hədəflərimiz bəllidir. Regionlarda gənclər arasında məşğulluğu artırmaq istəyirik. Bilirik ki, könüllülük hərəkatına xüsusi dəstək verirsiniz. Göstərdiyiniz bu diqqət biz könüllüləri daha fəal çalışmağa sövq edir. Bu diqqətə görə könüllülər adından Sizə dərin təşəkkürümüzü bildiririk.
    X X X
    Prezident İlham ƏLİYEV çıxış edərək dedi:
    - Çox sağ olun, mən sizi ürəkdən salamlayıram. Çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu, çox sevindirici haldır. Bildiyiniz kimi, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır və çox geniş vüsət almışdır. Bu günə qədər minlərlə könüllü “ASAN xidmət”də fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində könüllülərin çox böyük zəhməti, payı olub. Bildiyiniz kimi, mən onların hər birini fəxri diplomlarla təltif etmişəm. Bu gün aqrar sahədə də könüllülər öz sözünü deməyə başlayır. Mən bu təşəbbüsü çox alqışlayıram. Çünki bölgələrdə yaşayan gənclər bu işlərə qoşularaq aqrar sahədə böyük uğurlara nail ola bilərlər.
    Aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.
    Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır - istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq.
    Tərəvəzçilik bizim kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir. Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq.
    Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək.
    Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur.
    İnstitutun binasında mənə Elektron Kənd Təsərrüfatı layihəsi təqdim edilmişdir. Yəni, fermerlər üçün tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox cəlbedici sahə olacaq. Azərbaycan vətəndaşları görəndə ki, sizin kimi savadlı, bilikli gənclər bu sahəyə maraq göstərirlər, əminəm ki, maraq daha da böyük olacaq.
    Mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl institutun yenidənqurmadan sonra açılışında iştirak edirik. Onu da bildirməliyəm ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir.
    Sizi bir daha salamlayıram, təbrik edirəm. Siz Azərbaycanın müxtəlif bölgələrində işləyəcəksiniz və ümumi işimizə öz töhfənizi verəcəksiniz. Sağ olun.
    X X X
    Sonda xatirə şəkli çəkdirildi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:58 Tüklə kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verildi
    2. 16:55 Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu
    3. 16:51 Masallı RİH Başçısı 24.04.2024-cü il tarixdə Tüklə ərazisinin sakinləri ilə görüşdü
    4. 15:24 Prezident İlham Əliyevin Rusiya dövlətinə rəsmi səfərləri ölkələrimiz arasında dostluq və tərəfdaşlığa töhfələr verir
    5. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    6. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    7. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    8. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    9. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    10. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    11. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    12. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    13. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    14. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    15. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    16. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    17. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    18. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    19. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    20. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    21. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    22. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    23. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    24. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    25. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    26. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    27. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    28. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    29. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    30. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    31. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    32. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    33. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    34. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    35. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    36. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    37. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    38. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    39. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    40. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ