Masallıda icra hakimiyyəti başçısının məhsul yığan əməkçilərlə görüşü
- 28-05-2020, 21:19
- İqtisadiyyat / Aqrar
- 0
- 1 169
Masallıda icra hakimiyyəti başçısının məhsul yığan əməkçilərlə görüşü
Mayın 28-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb.
Əməkçilər kartof və çiyələk yığımı zamanı koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına tam riayət edirlər.
Rayon rəhbəri 28 May Respublika Günü münasibətilə zəhmətkeşləri təbrik edib, bol məhsul yığımında onlara uğurlar və firavan həyat arzulayıb.
Kənddə yerləşən bir çox tarlalara baş çəkən icra hakimiyyətinin başçısı məhsul yiğan əməkçilərlə görüşüb və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.
Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov cari ildə 204 hektar sahədə kartof və 78 hektar sahədə çiyələk əkilib-becərilməsi barədə məlumat verib.
Görüşdə fermerlər Xəlil Şükürov, Cəsarət Əzizov, manqabaşçıları Gülqədəm Mustafayeva və Südabə Cavadova rayon rəhbərinin sahələrə gəlməsi, zəhmətkeşlərlə görüşməsini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər, eyni zamanda əkinçilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini çatdırmaqlarını xahiş ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov söhbət əsnasında zəhmətkeşlərə bol məhsul yığmağı arzu edərək, hər birinə xoş arzularını bildirib.
“Yeni həyat”,
www.yeniheyet.az