MASALLIDA BARAMA TƏDARÜKÜ DAVAM EDİR
- 18-06-2020, 21:24
- İqtisadiyyat / Aqrar
- 0
- 840

Masallı kümçüləri bir aylıq qayğıdan sonra barama təhvilinə başlamışlar.
Belə ki, iyunun 18-dək rayon üzrə 2024,9 kiloqram barama tədarük edilmişdir ki, bunun da 1967,3 kiloqramını yaş barama, 57,6 kiloqramını isə kara-paçax növü təşkil edir.
Kümçülərin tədarük etdiyi barama növləri Masallı Dövlər Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən yoxlanılaraq Şəki “Azəripək” Şirkətinə təhvil verilmişdir.
Hazırda barama tədarükü davam edir.
“Yeni həyat”,
www.yeniheyet.az