Masallıda Göycə alçası bağları salınıb
- 9-10-2020, 20:56
- İqtisadiyyat / Aqrar
- 0
- 893
Masallıda Göycə alçası bağları salınıb
Masallı bağbanlarının öhdəsində 2, 25 hektardan çox alça bağı var. Son illərdə Hişkədərə (0,70 hektar), Təzə Alvadı (0,30 hektar), Kolatan (0,25 hektar) və Lürən ərazilərində salınan bağlarda əsasən Naxçıvan brendi kimi məşhur olan “Göycə” növünə üstünlük verilib.
Lürən kəndində Ruslan Bağırovu bacarıqlı bağban kimi tanıyırlar. İki ildir ki, 1 hektar payıbəlli torpaq sahəsində Göycə alçası becərir. Təsərrüfatında beş nəfər işçi çalışır.
R.Bağırov deyib ki, gələcəkdə bol məhsul əldə etmək üçün bağlara daim qayğı göstərilir. Alça tinglərini damcı üsülu ilə suvarırıq. Budanma isə cavan barvermə dövründə çox aparılmalıdır.
Fermer əlavə edib ki, göycə ağacları birinci iki ildə sürətlə böyüyüb yaxşı boy atır, üçüncü ildə məhsula düşür. Bu dadlı və sulu meyvəyə həmişə tələbat var, bazarda qiyməti yüksək olur və məhsulun satışından daha çox gəlir əldə edilir.
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az