MASALLI: Kartofçuluq Təklə fermerlərinin diqqətindədir
- 7-01-2022, 19:13
- İqtisadiyyat
- 0
- 559
MASALLI: Kartofçuluq Təklə fermerlərinin diqqətindədir
Kartofçuluq bir neçə ildir ki, Masallı fermerlərinin diqqətindədir.
Təkcə bu il rayonun Təklə ərazisində 300 hektar kartof əkilib və hər hektardan 20-25 ton məhsul götürülüb.
Təcrübəli fermerlər növbəti il üçün də bu sahəni diqqətdə saxlayırlar. Bu məqsədlə torpaq keyfiyyətlə şumlanıb, toxum tədarük edilib.
Kənd ərazi dairəsi üzrə nümayəndə Tural Bəşirovdan Yeniheyet.az-a verilən məlumatdan aydın olur ki, əmək adamları faraş məhsul əldə etmək üçün bu günlərdə kartof əkininə başlayıb, qısa müddətdə 15 hektara yaxın torpağa toxum əkiblər.
Bundan əlavə ərazidə 500 metrlik yola daş-çınqıl tökülüb sərilmişdir. Bu xeyirxahlığa Rusiya Federasiyasında yaşayan həmkəndlilər imza atıblar.
www.yeniheyet.az