• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » "Masallı nemətləri" uğurlarını artırır

    "Masallı nemətləri" uğurlarını artırır

     
     "Masallı nemətləri" uğurlarını artırır



    Gözəl və yaraşıqlı, müasir Masallı şəhərinin Zərifə Əliyeva küçəsində daha bir emal müəssisəsi rayonun iqtisadi həyatında önəmli rolu ilə diqqəti cəlb edir. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi n aqrar sektorun inkişafı ilə əlaqədar qərar və sərəncamlarının, respublikada keçirilən müşavirələrdəki nitqində qarşıya qoyduğu vəzifələrin Masallı timsalında həyata keçirilməsi istiqamətində görülən tədbirlərdəndir.
     
    “Masallı nemətləri” MMC-nin çəltik emalı müəssisəsi rayon rəhbərinin təşəbbüsü ilə yaradılıb. Bu, xüsusilə çəltikçiliyin inkişafına, bu sahənin genişləndirilməsinə hədəflənmiş obyektdir. 

    Prezident cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ki nitqində ölkə rəhbəri demişdir: “Çəltikçiliyin inkişafı üçün də güzəştli kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır”.
    Bu istiqamətdə vəzifələrin həyata keçirilməsi üçün Masallıda da imkanlar, resurslar, ehtiyatlar axtarılır. Bunlardan biri də yeni düyü emalı müəssisəsinin yaradılmasıdır ki, təsərrüfatlarda yetişdirilən çəltik keyfiyyətlə emal olunsun, yaxşı qablaşdırılsın, bir sözlə, ixraca, beynəlxalq standartlara cavab verə biləcək səviyyədə olsun.
    “Masallı nemətləri” MMC-nin nəzdindəki çəltik emalı müəssisəsinin direktoru Elxan Qənbərov çəltikçiliklə məşğul olduqlarını bildirib, yetişdirdikləri, eləcə də rayonun digər təsərrüfatlarında becərilən çəltiyin emal edilməsi ilə bağlı obyektin fəaliyyətinə aydınlıq gətirib dedi:
    -Rayonun Xıl, Şərəfə, Xallıcallı kəndlərində 32 hektar sahədə “Haşimi”, “Apola” və “Okean” növlü çəltik əkmişdik. 114 ton məhsul götürmüşük. Ondan 38 tonunu toxum üçün ayırmışıq ki, yeni mövsümdə təsərrüfatların ehtiyacını təmin edək. Qalan çəltik emal edilmiş, “Masallı düyüsü” adı altında satış obyektlərinə , mağazalara göndərilmişdir.
    Əla keyfiyyətinə görə “Masallı düyüsü” tez alınır, rəqabətə davamlıdır, necə deyərlər, müştərisi başının üstündədir. Bu keyfiyyətə çatınca çəltik dəfələrlə texniki prosesdən keçib, bunkerdən-bunkerə, aqreqatdan-aqreqata ötürülür, təmizlənir, qabıqdan çıxarılır, cilalanır, yuyulur.
    Gözlərimiz qarşısında bu texniki prosesləri ehtiva edən mükəmməl qurğu dayanır. Bu, əslində bütöv bir emal müəssisəsi, zavoddur.
    Prosesin mənbəyi anbardan götürülür. Burada lazımı qədər qurudulmuş çəltik toplanıb. Məhsul aqreqatın bunkerinə tökülür. Elevator hərəkətə gəlir. İkinci aqreqat çəltiyin qabığını, tozunu, torpağını, xırda daşlarını, bir sözlə, tərkibindəki bütün təsadüfi qatqıları ayırır. Sonra elevator məhsulu barabanlara ötürür. Toxunub ayrılan çevrələr kimi fırlanan barabanlar qabığı düyüdən ayırıb ələyə verir. Ələk məhsulu təmizləyir, qabığı soyulmamış çəltik yenidən elevatora qaytarılıb, təkrar emala verilir.
    Almaz adlanan hissədəki dörd xəlbirin hər biri əl daşına bənzəyir. Düyü ağardılıb şəffaf forma alır. Beşinci aqreqatda standart düyü xırdadan ayrılır. Növbəti aqreqat məhsulu yuyur, digəri cilalayır.
    Təmizlənmiş düyü 500 kiloqramlıq bunkerdə toplanır. Sonra işçilər kompüterin düyməsini basmaqla hazır düyünü tələbata uyğun olaraq 900 qramlıq, 3,5, 10 kiloqramlıq torbalarda qablaşdırırlar. Aqreqata bərkidilmiş ütü paketləri bağlayır, avtomatik tikiş maşını torbaların ağzını tikir. M üəssisənin direktoru prosesin bitdiyini bildirib əlavə edir ki, belə keyfiyyətli məhsul tez alınır. Gələcəkdə məhsulumuzu xaricə ixrac edəcəyik. Mən Lənkəran müşavirəsində iştirak etmişəm. Cənab Prezidentin tövsiyələrindən biri də çeşidləmə səviyyəsinin yüksək olmasıdır. Ölkə rəhbəri tapşırdı ki, paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək.
    Bütün işlərimizi bu istiqamətdə qurduğumuzdan məhsulumuzun onun keyfiyyətinə zəmanətimiz də, qablaşdırma mədəniyyətinə inamımız da var.
    Direktor bildirdi ki, zavod Çin Xalq Respublikasından gətirilmiş, həmin ölkədən dəvət olunmuş mütəxəssislər tərəfindən qurulmuşdur.
    Müəssisənin geniş anbarında saxlanan toxum kisələrinin üstündə çəltiyin növü, hansı təsərrüfatlarda yetişdirildiyi və digər məlumatlar yazılmışdır ki, bu da gələcəkdə toxum alanlar üçün xeyli bilgi əldə edilməsinə imkan verəcəkdir.
                                                                                 ***
    Müəssisənin geniş həyətində çəltikçilikdə, eləcə də tərəvəz, sitrus əkinlərində, noxud və digər paxlalı bitkilərin səpin və becərilməsində istifadə ediləcək qiymətli, müasir texnika saxlanılır. Mütəxəssis Əkrəm Teymurov bu barədə geniş məlumat verib onların iş prosesi barədə aydın təsəvvür yaratdı. Bildirdi ki, təzə texnika Türkiyədən gətirilib. Beynəlxalq aləmdə əkinçiliyin ən müasir səviyyəsinə hədəflənib.
    Hidravlik hamarlayıcı ilə təsərrüfatçı istənilən tarlanın əl içi kimi görünməsinə nail olur. Aqreqatı ona bərkidilmiş təkərlərin köməyi ilə bir yerdən başqa yerə aparmaq, sahədən -sahəyə keçirmək olar.
    Müasir çalaqazan da diqqəti cəlb edir. Kənd təsərrüfatı işlərində ona tələbat çoxdur. Xüsusilə bağçılıqda, ağacların lazım gələndə bir yerdən çıxarılıb yenidən əkilməsi bu aqreqatın köməyilə asanlıqla yerinə yetirilir. Sitrusçuluğun inkişafında daha çox fayda verə bilər.
    Yeni tipli arxqazan əvvəllər işlətdiyimiz texnikadan bir çox üstünlüklərə malikdir. Sahədə asan hərəkət edir, faydalı iş əmsalı yüksəkdir.
    “Karataş” malalayıcının üstünlüyü isə daha çoxdur. Kompüterlə idarə olunan qurğuya yaddaşı insan verir. Müəyyən rəqəmləri yığandan sonra hündür yer hamarlanır, çökək hissə torpaqla doldurulur. 400 metr sahədə görülən torpaq işini nəzarətdə saxlayır. Maraqlı texnikalardan biri də “Özkürt”dür. Aqreqat eyni zamanda 4 funksiyanı yerinə yetirir. Şırım açır, torpağı əzir, gübrə verir, üfiqi mala cəkir. Bundan əlavə alağı götürür, bitkinin dibini doldurur.
    Çəltik və noxud sahələri şumlandıqdan sonra torpağı əzib doğramaq üçün ən müasir, son model texnika kimi “Viper” gözdobun böyük üstünlüyü var. Bu texnika əvvəlki kuzinin təkmilləşdirilmiş forması kimi işi xeyli keyfiyyətli və operativ müddətdə yerinə yetirir.
    Özühərəkətedən daraq kəltənli sahələri hamarlayır, dişləri torpağın müəyyən dərinliyinə işləyir.
    “Rofovat” üfiqi bucaqlıdan ikinci şumdan sonra istifadə edilir.
    Müasir kübrəsəpənin də əvvəlki texnikadan üstünlüyü çoxdur. Gübrə bunkerə tökülür. Tənzimləyici əkin və torpağın xüsusiyyətlərinə görə avtomatik olaraq gübrənin miqdarını müəyyənləşdirir.
    Paxlalı bitkilərin cərgəvari əkini üçün nəzərdə tutulan aqreqat da bir sıra üstünlüyü və özəlliyi ilə fərqlənir. Toxumsəpəndəki vakuumla vurulan rıçaqlar toxum üçün yuva açır.
    “Aqrolizinq”də, İTM-800 təkərli, “Altay” və “T-75” zəncirli traktorları da mövcuddur ki, onlar da köhnə texnikadan fərqli olaraq yüksək faydalı iş əmsalına malikdir.
    Texnikanı işlətmək üçün kifayət qədər mütəxəssis var. Ehtiyat hissələrini isə “Aqrolizinq”ə müraciət etməklə tapmaq olar.
                                                       ***
    Çəltik emalı müəssisəsinin sutkalıq gücü 20-30 tondur. Bunu artırmaq da olar. Müəssisənin tam gücü ilə işləməsi rayonda çəltikçiliyin inkişafı, bu sahənin genişləndirilməsi üçün etibarlı və zəmanətlidir. 















     Rəsul RZAYEV ,
     Həsənağa ƏLİYEV,
    Vəkil NOVRUZOĞLU (foto).
    Yeni həyat”,
     
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Masallıda Qurban bayramı - 2025
    2. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    3. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    4. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    5. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    7. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    8. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    9. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    10. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    11. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    12. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    13. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    14. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    15. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    16. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    17. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    18. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    19. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    20. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    21. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    22. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    23. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    24. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    25. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    28. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    29. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    30. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    31. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    32. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    33. 07:45 Bir ağacda beş cür meyvə...
    34. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    35. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    36. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    37. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    38. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    39. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    40. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ