• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ölkə mətbuatında: Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır

    Ölkə mətbuatında: Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır

     
    Ölkə mətbuatında

    Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır

    Masallı şəhərinin Seybətin döngəsini keçib magistral şose ilə Lənkəran tərəfə təxminən 2 kilometr getdikdən sonra yolun sol tərəfində yeni binalar görünür. Avqust ayının ortalarına kimi bura bomboş ərazi idi. Ölkə rəhbərinin Masallı Sənaye Məhəlləsinin tikilməsi barədəki göstərişi boş qalmış bu yerə sanki nəfəs verdi.
    Rayon icra hakimiyyətinin sərəncamı ilə Masallı Sənaye Məhəlləsinin tikintisi üçün 10 hektar torpaq sahəsi ayrıldı. İnşaatçılar vaxt itirmədən işə başladılar - ətrafı təmizlədilər, layihə əsasında ölçmə işləri apardılar. Əraziyə ardı-arası kəsilmədən armatur, mişar daşı, qum, sement və digər tikinti materialları gətirildi. Yerli sakinlər rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçərək burada işə düzəldilər. Müxtəlif markalı ən müasir texnikalar, ekskavatorlar, buldozerlər, betonqarışdıran və daşıyan maşınlar, ağır tonlu yük avtomobilləri onların köməyinə gəldi. İndi bura yolu düşənlər ərazidə aparılan işləri gördükdə gözlərinə inanmırlar. Axı bu yaxınlara kimi burada heç nə yox idi. Düz deyiblər ki, insan əməyi, insan iradəsi hər şeyə qadirdir. O, hansı sahədə olursa-olsun, xariqələr yarada bilər.
    Masallı Sənaye Məhəlləsinin sifarişçisi İqtisadiyyat Nazirliyi, podratçı təşkilat isə “M - NAF” MMC-dir. Tikintinin layihə rəhbəri Qurban Burcalıyevdir. O, həm də iş icraçısıdır. Obyekti gəzib işlərin gedişi ilə tanış oluruq. Bir briqada inzibati binanın fasad hissəsində, içəridə üzləmə işləri aparır, başqa biri istehsal sahələrinin girişinə beton tökür, digəri su hovuzları tikir, kanalizasiya xətti çəkirdi. Maşın-mexanizmlər də bir an belə dayanmır. Məhz belə bir əmək coşqusu sayəsində qısa zaman kəsiyində 3 istehsal, 1 inzibati bina, yüksək gərginlikli yarımstansiya, hər biri 100 kubmetrlik 2 nasosxana, 4 sutəmizləyici qurğu, 300 kubmetrlik 2 texniki və suvarma, içməli və yanğın əleyhinə su anbarları, buraxılış-keçid məntəqəsi tikilmiş, asfalt yol, elektrik, daxili kanalizasiya xətləri çəkilmişdir. Görülən hər bir işin keyfiyyəti də diqqətdə saxlanılır.
    Obyektdə hər gün orta hesabla 150-200 nəfər çalışır. Qaynaqçı Şiraslan Heydərov, betonçu Nurəddin Əliyev, ekskavatorçu Elnur Qəhrəmanov, rəngsaz Rəşad Atakişiyev, üzlükçü Rəhman Qılmanov və başqaları tapşırılan işin öhdəsindən bacarıqla gəlirlər.
    Burada tibb məntəqəsi də fəaliyyət göstərir. Bundan əlavə, yerli işçilərə hər gün günorta vaxtı, kənardan gələn mütəxəssislərə isə gün ərzində 3 dəfə pulsuz yemək verilir. İşin belə təşkili inşaatçıların səmərəli işləməsinə şərait yaradır. Obyekti gələn ilin birinci rübündə istifadəyə vermək nəzərdə tutulub.

    Seyran CAVADOV,
     “Azərbaycan”.
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    2. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    3. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    4. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    5. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    6. 13:14 “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN
    7. 09:25 Masallı şəhər ərazi nümayəndəliyinə təyinat
    8. 09:12 AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150
    9. 17:46 AZƏRBAYCANIN AQRAR RESPUBLİKADAN SƏNAYE 
    10. 17:44 “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu”  
    11. 17:42 Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir
    12. 17:41 Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 16:47 Masallının Şərəfə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 09.07.2025
    14. 16:43 Masallının Şərəfə kəndində 09 iyul 2025-ci il tarixdə səyyar qəbul
    15. 16:38 Ələt-Astara avtomobil yolunda təmizlik ənənəsi davam edir
    16. 16:36 Masallı rayonunda kənddaxili yollarda təmir işləri davam etdirilir 
    17. 16:34 Sağlam cəmiyyət və sağlam gələcək naminə”
    18. 22:23 İki əsgərin bir masalı...
    19. 17:23 Masallı rayonunda çəltik əkini
    20. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    21. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    22. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    23. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    24. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    25. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    26. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    27. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    28. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    29. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    30. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    31. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    33. 17:04 Ziyalı işığında                                                                              
    34. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    35. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    37. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    38. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    39. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    40. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ