• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Poeziya yarpaqları


    Firdovsi Sahiboğlu 1960-cı ildə Masallı rayonunun  Mahmudavar  ərazisinin  Mololon kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun Hidromelorasiya  fakültəsini bitirib. Rayondakı Viləşçay dəryaçasında mühəndis vəzifəsində işləyib. Yaradıcılığa ali məktəb illərində başlayıb. Mətbuatda onlarca şeiri çap olunub. “Bizdə bir adət var kişi ağlamaz” şeirlər kitabı işıq üzü görüb. Lap uşaq çağlarından atasız qalan Firdovsi bu gün oğul-uşaqlı, olsa da hələ də ata nəvazişinin həsrətindədir. Bu mövzu onun əksər şeirlərinin leytmotivini təşkil edir. Ömrünün 62-ci baharına qədəm qoyan şair bu gün də yazıb-yaradır.
    Aşağıda F. Sahiboğlunun iki şeirini dərc edirik.

    Talış qızı

    Hər biri açılan gül biçimdədir,
    Qeyrəti, isməti teldən incədi.
    Sevgisi əbədi, ta ölüncədi,
    Çıxmaq öz vədinə zay, Talış qızı.

    Gülüşü, baxışı, yerişi ceyran,
    Zəhmətkeş əlləri yaradan, quran.
    Gündüzlər Günəşdir hüsnünə heyran,
    Gecələr işıqlı Ay, Talış qızı.

    Dəlisov küləklər telindən doymaz,
    Qismətçün özgənin elinə uymaz.
    İsti alovlar da əlinə qıymaz
    Təndirə çörəyi yay, Talış qızı.

    Cərgəli çay kolu hörüklərindir,
    Limonlu bağların alın tərindir.
    Bulaqdan gətirən suyun sərindir
    Ver bizə limonlu çay, Talış qızı

    Laləli, nərgizli ətirmisən sən,
    Bizi bu dünyaya gətirmisən sən.
    Qəhrəman Həzilər yetirmisən sən
    Dünyada yox sənə tay, Talış qızı.



    Ata nəvazişi

    Atasız böyüdüm körpə çağımdan,
    Yetimlik ömürlük qismətim oldu.
    Haçansa dil açıb ata çağırmaq
    Nəsibim olmadı, həsrətim oldu.

    Bir istək sarıdan qəmə baş əydim,
    Bir ad da qoşuldu mənim adıma
    Mən onda körpəydim, kəsmirdi ağlım,
    Ata nəvazişi düşmür yadıma.

    Böyüdüm hamı tək –  nə yaxşı, nə pis
    Anamla analar yanan oğullar.
    Narahat edərdi məni bircə hiss,
    Görəsən atalar necə olurlar.

    Bu həsrət heç zaman yetməzmiş sona,
    Mənsə hey gözlərdim, biləydim hardan.
    Məni boya-başa yetirdi anam,
    Düzü seçilmədim atalılardan.

    Nəvaziş etməsəm ürəyim qalar,
    Yaman qəribədir dünyanın işi.
    Axı mən atasız böyüdüm, dostlar
    Bəs hardan öyrəndim bu nəvazişi?

    Ata məhəbbəti, qüruru, hissi,
    Ən nəcib, ən incə hiss imiş qardaş,
    Ata nəvazişi, atalıq hissi
    Sən demə irsiymiş, irsiymiş qardaş


    F. SAHİBOĞLU.




    Fotoları Elsəvər Əliyev təqdim edir

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ