• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Torpaq çərşənbəsi – təbiətin oyanışı, yaxud bütün canlılara yeni həyat

    Torpaq çərşənbəsi – təbiətin oyanışı, yaxud bütün canlılara yeni həyat


    Azərbaycanda Novruz bayramının ilaxır çərşənbəsi - Torpaq çərşənbəsi digərlərindən fərqli olaraq, xüsusi təntənə ilə qeyd edilir.

    Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Sonuncu çərşənbədə torpaq oyanır. Bu fikri irəli sürən professor Azad Nəbiyev dördüncü çərşənbə kimi Torpaq çərşənbəsini qəbul edərək onun özəllikləri haqqında yazıb: “Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışdır. Xalq arasında belə bir inam olmuşdur ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel (Su), Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər”, – deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və

    Torpaq xatun əl-ələ verib:
    Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,
    Təzə ömür, təzə məhsul, il gəldi, –
    deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi”.
    Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi bərəkətin, məhsul artımının rəmzi olaraq insanları maddi nemətlər bolluğu ilə təmin edib acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi haqqında, həyatvericilik gücü haqqında çox danışmaq olar. Ən əski düşüncəni isə mifoloji qaynaqlar əks etdirir. Kosmoqonik səciyyəli mifoloji mətnlərdən birinə görə, əvvəllər Allahdan başqa heç kim yoxmuş. Yer üzü də başdan-ayağa su imiş. Allah bu suyu lil edir, sonra bu lili qurudub torpaq edir, torpaqdan bitkiləri cücərdir. Ondan sonra da torpaqdan palçıq düzəldib insanları yaradır, onlara ruh verir.

    Bu kiçik parçada dörd yaradıcı ünsürün köməyilə dünyanın yaranmasından bəhs edilir. Yer üzünün başdan-ayağa sudan ibarət olması fikri burada ilk yaradılış ünsürünün su olduğuna işarədir. Sudan lil yaradılması yenə ilk yaradılış başlanğıcı kimi sudan yaranmanı əks etdirir. Müqəddəs “Qurani-Kərimdə” buyurulmuş “hər bir canlını sudan yaratdıq” prinsipinin mifoloji yöndən də təsdiqini görürük. Mifoloji mətndəki “lilin qurudulub torpaq edilməsi” fikri artıq burada iki yaradılış ünsüründən söhbətə işarə vurur. Əvvəla, sudan torpağın yaradılması mərhələli şəkildə baş verir: əvvəlcə torpağın ilk ünsürü olan lil, ardınca lilin bərkimiş forması olan torpaq özü yaradılır. Bəs bu necə baş verir? Lilin qurudulması hesabına. Lilin qurudulması əsasında bəs hansı yaradıcı element iştirak edir? Bunun üçün qurudulma əməliyyatının bir proses kimi nəyin – hansı ünsürün hesabına getdiyini təsəvvürümüzdə canlandırıb cavab tapmalıyıq. Əlbəttə, istiliyin hesabına, istilik isə özlüyündə yaradıcı stixiya olan odu (Günəşi) simvolizə edir. Demək, od ünsürü – Günəş istisi olmasa, lilin quruyub bərkiməsi və bununla torpaq əmələgəlməsi prosesi getməz. Məhz torpağın zəminində digər yaradılmışlar dirilik tapıb, inkişaf edir ki, buna da yenə mətndə işarələr var. Torpaqdan bitkilərin bitib-cücərməsi fikri bitkilərin timsalında digər canlılar aləminin torpağın hesabına yaranıb formalaşdığını əks etdirir. Torpaqdan yoğrulmuş palçıqdan insanların yaradılması və onlara ruh verilməsi tipli mifoloji informasiyada da yenə iki yaradıcı ünsürə işarə vurulur. Əvvəlki cümlədə nəbatat aləminin – bitkilərin torpaqdan yaranması (torpaqdan bitkilərin cücərib bitməsi) qeyd olunubsa, bu cümlədə isə heyvanat aləminin timsalında insanların torpaqdan xəlq olunması fikri diqqətə çəkilir. Deməli, torpaq maddi varlıq olaraq bitkiləri və insanları yaradır və öz üstündə varlıq aləminin yaşayıb inkişaf tapmasına, canlı fəaliyyətinə şərait yaradır. Mifoloji mətndə vurğulanan digər bir yaradıcı ünsürün – hava stixiyasının da əhəmiyyətini diqqətdən kənarda qoymaq olmaz. Bu isə o deməkdir ki, torpaqdan yoğrulub düzəldilən insanın (və eləcə də digər canlıların) hələ silueti (maddi müqəvvası) yaradılıb; bu yaradılış o zaman tam başa çatacaq ki, insan canlı olsun – cana, hərəkətə gəlsin, dirilsin. Bu dirilmə insana “ruh verilməsi” ilə – həyat nəfəsi (yaradıcı hava ünsürünün təmsilçisi) bəxş edilməsi ilə tamamlanır. Bu mifoloji mətnin daşıdığı böyük və dərin məna yükü, məzmun zənginliyi həm də xalqımızın müdrikliyinin ifadəçisidir. Həyatın dialektik inkişaf qanunauyğunluqları lakonik şəkildə, lakin dolğunluğu ilə burada əksini tapıb. Həyatın, mövcudatın əsasında dörd yaradılış ünsürünün dayandığı göstərilir. “Yer üzünün başdan-ayağa su olması” – ilkin su ünsürünü, suyun qurudulması (istilik mənbəyi olan od ünsürü ilə) hesabına sudan lil və torpağın ayrılması (yaradılması) – ilkin başlanğıcın əsasında dayanan od və torpaq elementlərini, yaradılış ünsürü olan torpaqdakı canlıların və insanın dirilik tapması, cana gəlməsi – canlanması üçün isə son nəticədə onlara “ruh verilməsi” – hava stixiyasını simvollaşdırır.
    Ən başlıcası isə odur ki, mifik mətndə hər yaradıcı ünsürün öz yeri, mövqeyi, əhəmiyyəti, rolu, funksiyası aydınca göstərilib və eyni zamanda, bu fərdi ünsürlər ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün nə qədər böyük funksiyanı yerinə yetirirlərsə, həmçinin bunların hamısı birləşib vahid bir komponent təşkil edirlər və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkküründə bir-birinin ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını şişirtməklə yanlışlığa yol verə bilmərik. Əgər belə düşünsək, onda dahi Füzulinin “Meyvələrin söhbəti” əsərindəki kimi yersiz öyünmələrdən uzağa gedə bilmərik.

    Elə bu məntiqin nəticəsidir ki, ilaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınmasına baxmayaraq, xalqımız mərasimi akt olaraq bu daşıyıcı simvolların (su, od, yel, torpaq ünsürlərinin) heç birini digərindən üstün, ya əskik tutmadan, hamısına eyni qaydada önəm verib, ilaxır çərşənbələrin hər birinin yaradıcı elementlərinə kompleks şəkildə yanaşır. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi qəbul edilməlidir. Yəni bütün çərşənbələrimizdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə bağlı ayinlər yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə, hami ruhlara eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı ruh sahibinə xoş gedəcək ayinlər həyata keçirir. Bu mənada professor Azad Nəbiyevin “Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən Axır çərşənbə İlaxır çərşənbələrin ən gözəli, təntənəlisi və insanları bayrama yaxınlaşdıran bir çərşənbə idi” cümləsində Axır çərşənbə ilə bağlı xüsusi vurğuladığı Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirmək xüsusiyyəti elə bilirəm ki, ümumi olaraq digər üç çərşənbənin mərasimi keyfiyyətlərinə də aid edilə bilər.

    Məlumdur ki, ayrı-ayrı tədqiqatçıların çərşənbələrin sıra düzümündəki baxışları müxtəlifdir. Əgər sonuncu çərşənbə Torpaq çərşənbəsi kimi yox, Yel çərşənbəsi olaraq qəbul edildiyi təqdirdə də bu, belə olmalı idi. Yəni Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayinlərlə müşayiət olunması faktı onun torpaq, ya hava ünsürü ilə bağlılığından çox, axırda keçirilməsində – yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – sinkretizə olunmuş yekunlaşdırıcı şənliyidir. Necə ki, yeddi çərşənbənin əvvəldə gələn üçü yalançı olmaqla həmin üç yalançıdan biri – sonuncusu simvolik olaraq qeyd olunur, digər iki yalançını da əslində öz içərisinə alır. Bax beləcə də digər dörd yaradılış ünsürünü ifadə edən dörd doğruçu çərşənbənin də axırda gələni – Axır çərşənbə digər özündən əvvəldə gələn üç çərşənbənin ayin, mərasim və etiqadlarını öz canına çəkərək (öz içinə alaraq) həm özünün, həm də digər çərşənbələrin hamısının ümumilikdə elliklə bayram şənliyi şəklində yola salınması mərasimi kimi təmtəraqla, böyük coşqu ilə qeyd olunur. Başqa sözlə, ilin ən sonuncu çərşənbəsi olan Axır çərşənbə bayramı bütün yeddi çərşənbənin hamısının – yalançı və doğruçu çərşənbələrin hamısının ümumilikdə yola salınması və Novruzun qarşılanması mərasimi olduğundan bu cür yüksək əhvali-ruhiyyə şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digərlərindən üstün keçirilməsi və həmin çərşənbələrin ayinlərini də əhatə etməsi məhz bununla əlamətdardır.

    Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə!

    Qırğız yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” əsərinin məğzində – mayasında isə insana psixoloji baxımdan quru sahəsinin – torpağın nə dərəcədə hava-su kimi vacib lazım olduğu ideyası aşılanır. Bir sözlə, torpaq ünsürü cəmiyyətin və bütün varlıq aləminin üstündə yaşadığı zəmindir ki, torpaqsız yer üzü başdan-başa xaosa burunmuş olardı. Hətta dini və mifoloji mənbələrdə insanın, cəmi mövcudatın torpaqdan yaradılıb xəlq olunması inamı var ki, bu da psixoloji amil kimi sonuncu çərşənbəni torpaqla bağlamağa vadar edən səbəblərdəndir.

    Tədqiqatçı Xeybər Göyyallı axır çərşənbə hesab etdiyi torpaq ünsürü ilə bağlı fikirlərini belə şərh edir: “Xalqımızın empirik təfəkkürünə görə, ilin sonuncu çərşənbəsi Torpaq çərşənbəsidir. Bu inamda bulunan xalq son dərəcə haqlıdır. Təbiətin digər komponentlərinə nisbətən torpaq qış yuxusundan gec oyanır.
    Torpaq planetin ən böyük və zəruri komponentidir. Digər komponentlər torpağın üstündə yerləşir və onun qoynunda intişar tapır. Torpağın oyanışı ilə ilin təzələnməsi əyaniləşir. Digər üç ünsürün (su, od yel) dirçəlişi ilin təzələnməsini hələ tam ortaya qoya bilmir. Torpağın oyanışı bütövlükdə təbiəti cana-qana gətirir. Bu səbəbdən xalq bu çərşənbəyə “İlaxır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi” deyibdir. Torpağa gəlmiş hərarət suda və havada duyulur. Donmuş torpağın canı-qanı isinir. Dirçəlmiş torpaq şumlanır, əkinə hazırlanır. Torpağın oyanmasına insanlar daha çox sevinir. Əcdadlarımız inanıblar ki, torpağın dirçəlişi suya, oda və yelə daha çox hərarət bəxş edibdir. Xalqın bu inamı onun mifik düşüncəsində əbədiləşdirilmişdir”.

    Göründüyü kimi, müəllif axırıncı çərşənbəni torpaqla bağlamaqda təbiətin digər komponentlərinə nisbətən torpağın qış yuxusundan gec oyanmasını səbəb göstərir və bu aspektdən yanaşmaqla fikirlərini irəli sürür.

    Tədqiqatçı Sevinc Qasımova isə bu mərasimdəki mifik və real elementlərin vəhdətindən çıxış edərək yazır: “Torpaq çərşənbəsindəki torpaq ruhu torpağın sahibi olan əyədir. Bu çərşənbədə torpağa qulluq edilməsi onun sahibi olan torpaq əyəsinə hörmət, ehtiram göstərilməsi deməkdir. İnsanlar bunun müqabilində xeyir-bərəkət, bol məhsul diləyirlər”. Bu, o deməkdir ki, insanların torpağa qulluq göstərməsi iki planda özünü doğruldur: torpağın sahibi, əyəsi sayılan torpaq ruhuna nəvaziş, xidmət göstərilir və bunun əvəzində torpaq ruhu da insanları maddi nemətlər bolluğu ilə mükafatlandırıb onların bolluq, firavanlıq içərisində yaşamalarına təminat yaradır. Bu da insanların ərzaq-qida sayəsində fiziki baxımdan özlərində güc, enerji toplamalarına zəmin yaradıb onların yeni qüvvə ilə yeni həyata atılmalarını gerçəkləşdirir.

    Deməli, qışda alt qata – yerin dərin qatlarına gedib yatmış istilik (od ünsürü) Torpaq çərşənbəsində yerin üst münbit qatına çıxıb torpağı təzədən canlandırır, yatmış (ölmüş) torpaq yenidən oyanıb dirilir və bu dirilmə ilə həm özünü dirildir, həm də üstündə qərar tutmuş bütün canlılara yeni həyat – dirilik bəxş etməklə öz missiyasını həyata keçirmiş olur. Beləliklə, Torpaq çərşənbəsi həm torpağın özünün dirilik tapması, həm də bir yaradıcı ünsür olmaqla torpaq stixiyasının bütün ətraf aləmə dirilik – yeni can verməsi deməkdir! Özü ilə bərabər üstündə qərar tutan bütün yaradılmışlara can verəndir.

    Şakir Albalıyev, AMEA
    Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent.  Jurnalist.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    2. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    3. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    4. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    6. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    7. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    8. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    10. 15:46 Masallı DAİM-də dəyirmi masa
    11. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    12. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    13. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    14. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    15. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    16. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    17. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    19. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    20. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    21. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    22. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    23. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    24. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    25. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    26. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    27. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    28. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    29. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    30. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    31. 23:30 22 iyul Milli Mətbuat günü
    32. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    33. 23:00 22 iyul Milli Mətbuat Günü 
    34. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    35. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    36. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    37. 11:06 Azərbaycan mətbuatı – 150
    38. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    39. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    40. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ