• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qısa ömrün xatirələri və yaradıcılığı

    Qısa ömrün xatirələri və yaradıcılığı


    Mən nə şair, nə də yazıçıyam. Sadəcə olaraq Allahın atama verdiyi qısa ömrün xatirələrindən, onun yaradıcılığından qısaca danışmaq istəyirəm. Bu xatirələr bir övlad kimi mənə doğma və əzizdir.

    Atam Rövşən Hüseynovun həyat yoluna nəzər salsaq, görərik ki, 1942-ci ilin  sentyabr ayında Masallı rayonunun Həsənli kəndində anadan olmuşdur. 1964-cü ildə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu (indiki Azərbaycan Pedaqoji Universitetini) bitirdikdən sonra ali təhsilli fizika müəllimi kimi bir vaxtlar təhsil aldığı, həyata pərvazlandığı doğma rayona qayıtmış və Həsənli kənd orta məktəbinə təyin edilmişdir.

    Atam həmişə uşaqlıq və tələbəlik illərindən danışanda gözləri yol çəkərdi. Uşaqlığı kasıbçılıq və şəraitsizlik içində keçmişdir. Buna baxmayaraq o, lampa işığında, şəraitsiz bir daxmada öz təhsilini heç vaxt unutmamışdır. Ata nəvazişi görmədən, yalnız anası Gülsüm nənəmin nəvazişi və tərbiyəsi ilə böyüyərək dərslərini oxumuş, ali təhsil almışdır. Təsəvvür edin ki, Böyük Vətən müharibəsinin qızğın vaxtlarında və ondan sonrakı vaxtlarda təhsil almaq çox çətin olub.

    Hətta atamın əlyazmaları arasında belə çətin anlarla bağlı bir şeiri də var:

    Mən elə bir gündə gəldim dünyaya,

    Topların səsindən yer titrəyirdi.

    Mən elə bir gündə gəldim dünyaya,

    Analar düşmənə lənət deyirdi.

                   

    Mən elə bir gündə gəldim dünyaya,

    Yerdə də, göydə də atəş səsiydi.

    Mən elə bir gündə gəldim dünyaya,

    İnsanın insanla didişməsiydi.

                   

    Bu atəş,bu tüstü, bu ölüm, bu qan,

    Mənim taleyimin yazılarıydı.

    Adətən belədir, doğulduğun gün,

    Gələcək günlərin ilk harayıdı.

     

    Atam övladlarının təhsil ala bilməməsinə həmişə narahat olurdu. Deyirdi ki, mən özüm çətin vaxtda təhsil aldım. İstəmirəm ki, övladlarım da bu ömrü yaşasınlar. Ona görə həmişə oxuyun, təhsilli olun, deyərdi. Deyirlər insan dünyaya gələndə onun taleyi hər hansı cizgilərində özünü təsdiq edir. Bu həqiqətən də belədir. Biz bunu atamın qısa həyat xatirələrində və yaradıcılığında gördük.

    Atamın yaxşı pedaqoq olmaqla yanaşı, yaradıcılıq qabiliyyəti də vardı. Yetkin yaşlarından yaradıcılıqla məşğul olub. Bizə məlum olan yüz yetmiş şeir, qəzəl, poema, on bir bədii yazının və on elmi məqalənin müəllifidir. Bu yaxınlarda atamın “Mənim qəlb ağrılarım” adlı kitabı işıq üzü gördü. Atamın ömür yolundan ayrılan cığır, onun şəxsi həyatında acı xatirələr qoysa da, təhsildə ona az da olsa xoşbəxtlik gətirmişdir. Tələbəlik illərini yaddaşında çətin, qayğılı və sevincli günlər kimi xatırlayardı. Bu qayğılarla da gəncliyinin kövrək hisslərini yaşamışdır.

    Atam omrünün son günlərinə kimi pedaqoji fəaliyyətini layiqincə yerinə yetirmişdir. Çox mütaliə edirdi. Ondan soruşardım ki, sənin fizika elmində bilmədiyin nədir?                    

    Deyərdi: mən hələ ali məktəbdə təhsil alarkən bu məqsədi qarşıma qoymuşdum. Əgər istəyirdimsə savadlı və bilikli müəllim olmaq, onda gecə-gündüz mütaliə etməli idim.  Ona görə, mənə dərs deyən müəllimlərin mühazirələrinə diqqətlə qulaq asırdım. Bu məqsədlər elə məni birinci kursdan əlaçı kimi tanıtdı, həm də tələbə elmi cəmiyyətinin fəal iştirakçısı oldum. Mütaliə insan zehnini inkişaf etdirir. Bilmədiklərini öyrədir. Xatırlayıram maraqlı fikirlərini...Heyf ki, ömrü qısa oldu.

     
    Pedaqoqluq müddətində iş təcrübəsi rayon və respublika səviyyəsində yayılmışdır. Fizikanın tədrisini yaxşılaşdırmaq məqsədi ilə zəngin kabinet  yaratmışdır. Mən deyərdim ki, o kabinet bir təbiət aləmi, bir muzey idi. Orada şagirdlərin əl işlərindən ibarət kiçik modullu cihazlar sərgisi təşkil olunmuşdur. Bu da şagirdlərdə fizika elminə marağı daha da artırırdı. Onun tədrisə aid hazırladığı çoxlu cihaz və elmi məqalələri haqqında yazılar “Fizika-riyaziyyat” tədrisi, “Əmək və politexnik təlimi” jurnallarında, “Azərbaycan müəllimi” qəzetində çap edilmişdir.        

    Uğurlu pedaqoji müvəffəqiyyətlərə görə atam “Əmək əlaçısı” (17 iyul 1981), “SSRi təhsil əlaçısı” medalları (27 iyun 1983), “Qabaqcıl maarif xadimi” (22 iyun 1978), “Yarış qalibi” nişanı (1974), “Azərbaycan xalq maarifi”, həm də “Əməkdar müəllim”  fəxri nişanları  (21 may 1987) ilə təltif edilmişdir.

    Lakin tale onu şəxsi həyatında çox sınağa çəkdi. 1982-ci ildə qardaşı Mərifət əmim, 1989-cu ildə anası Gülsüm nənəm və 1993-cü ildə ömür-gün yoldaşı Mənsurə xanımın 44 yaşında vaxtsız vəfat etməsi onu çox sarsıtmışdır. On bir il ərzində ən əziz adamlarını itirməyinə baxmayaraq həyatda mübariz olduğunu sübut etdi. Üç qız, dörd oğul böyüdüb tərbiyələndirdi. Yeddi övladına ali təhsil verdi. Atam 2001-ci ildə 59 yaşında dünyasını dəyişdi. Yaşasaydı, fizika elminə yeni yaradıcılıqlar gətirər, savadlı fiziklər yetişdirərdi.

    Sonda atamın ruhu qarşısında baş əyərək demək istəyirəm ki, dostların, şagirdlərin, kənd sakinlərin səni bu gün də ehtiramla anır, ruhu şad olsun, deyirlər.






    Yalçın HÜSEYNOV,

    II Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan mayor. Həsənli kəndi.

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ