• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » El-elə sığınan yerdə

    El-elə sığınan yerdə


    Gəlin açıq danışaq!

    Həyat yaranandan xeyirlə şərin mübarizəsi davam  edib. Əvvəllər ata-babalarımızın dilindən eşitdiklərimizə bu gün özümüz şahidik. Həmişə şər qalib olur, daha doğrusu şərin arxasında duran qüvvələr ədalətdən, qanundan, insafdan  uzaq olurlar. Hamımızın gözümüzlə gördüyümüz  30 illik erməni işğalı. Öz vətənindən qaçqın düşən bir  milyon soydaşımızın həyatını, gün-güzəranını dünyada vecinə alan olmadı. Üstəlik erməni vandallarını müdafiə edib onlara haqq qazandıranlar çox oldu. Dünyada həmişə işğalçılıqla məşğul olan Fransa kimi dövlət bu gün də Allahın yolunu tanımır. Xalqımızın oz torpaqlarını qanı, canı ilə işğaldan azad etməsi də bəzi qara qüvvələrin xoşuna gəlmir.

    İnsanlar arasındakı xoş münasibətə də şər qüvvələrin müdaxiləsi çox olur.
    Mən deyərdim ki, hazırda insanların arasındakı münasibət son 20-30 ildəkindən fərqlənir. Dünya yaranandan, insan dünyaya gələndən xudpəsəndlik, paxıllıq, biganəlik də onlarla ekiz doğulub. Mənim də özümə görə müşahidələrim var.15-20 il əvvəl dostlaşdığım rəfiqələri bu gün də daim görmək, uşaqlıq, gənclik xatirələrindən danışmaq üçün burnumun ucu göynəyir. Bəziləri xaricə köçüb, bəziləri ilə görüşmək müşkülə dönüb. Ancaq bu gün gənclər arasında belə isti  münasibəti hiss etmək çətindir.

    Bəziləri bu münasibətdəki soyuqluğu pandemiyanın yaranması, digərləri isə maddi sıxıntılarla əlaqələndirir. Mən bununla razılaşmıram. Həyatda həmişə çətinliklər insanları bir-birinə yaxınlaşdırır, istər pandemiya, ya da maddiyyatın pis olması bu münasibətlərə təsir edə bilməz. Müşahidələrimdə hiss etmişəm ki, adamlar arasında xəbərçilik, yaltaqlıq hissləri də artıb. Ürək qızdırıb birinə dərd danışırsan çox çəkmir ki, bu olay cəmiyyətdə səslənir, özü də müxtəlif variantlarda. Cəmiyyətdə  laqeydlik halları da çoxalıb. Biri  oğurluq edir, digəri narkomaniyaya qurşanır, bir başqası qızını 14-15 yaşında ərə verir, məhlə yoluna hasar çəkib həyətinə qatanı, arxları dolduranı, yollar kənarında məişət tullantılarını qalaqlayanı qınağa çəkən yoxdur. Hamı “mənə nə” deyib durur. Bu nə deməkdir? Deməli, biz insanlar pisliyi, naqislıiyi, neqativ halları bəsləyib ətə-qana gətirir, ona yaxşı don geyindiririk. Çox məsələlərin qarşısına qara pərdə çəkirik ki, gizlin qalsın. Bu günün siqaret çəkəni sabah narkoman olar, narkotik dadanı isə narkobarona çevrilər. Bu gün  bir yumurta oğurlayan uşaq gələcəkdə oğrubaşına çevrilə bilər. Bu gözüyumululuq cəmiyyəti fəlakətlərə düçar edəcək.

    İnsanların münasibəti isti olan cəmiyyətdə belə hallara yol verilmir. Əvvəllər deyərdilər ki, insan insanın dostu və qardaşıdır. Həqiqi dostluq olan yerdə qanun aşkar duyulur. Rüşvətxorluq, bir-birinə inamsızlıq insanlar arasında keçilməz sədd çəkir. Gəlin hamımız bir-birinə can deyib can eşidək. Maddi sıxıntı da el-elə sığınan yerdə insan münasibətinə xələl gətirə bilməz.

    Sona FƏXRİ,
    ştatdankənar müxbirimiz.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ