Ürəyimizin dostu...
- 3-04-2022, 15:02
- Maraqlı
- 0
- 267
Azərbaycan mətbəxində öz yeri olan əvəlik bitkisindən xalq təbabətində öskürək, plevrit, bronxit, bronxial astma, qaraciyər və öd kisəsi, dəri xəstəlikləri, anemiya, qıcıqlanmış bağırsaq sindromu, ürəkbulanma, mədədə qıcqırma zamanı, eləcə də qurdqovucu vasitə kimi istifadə olunur. Yarpaqlarının yumşaldıcı və iltihab əleyhinə təsirlərinə görə bir çox dəri xəstəliklərində, döyənəklərdə islatma və vanna şəklində qəbul edilir.
Tərkibi C, A, E, PP və B qrupu vitaminləri ilə zəngin olan əvəlik içərisindəki askorbin turşusu sayəsində qan damarlarının keçiriciliyini yaxşılaşdırır, beynin işini aktivləşdirir. Gözlərdə itiliyi artıran bu bitki dəmirlə də zəngin olduğu üçün qanın keyfiyyətini yaxşılaşdırır, qan dövranını artırır.
Ürək üçün vacib olan bitki orqanizmdə maye balansını təmin edir. İnfarkt və işemik xəstəlik riskini azaldır. Sinusit, haymorit, angina, burun-qulaq-boğaz orqanlarının infeksiyaları, iltihabında istifadə olunur. Əvəliyin təzə yarpaqlarından və zoğlarının şirəsindən qarqara kimi istifadə edilməsi diş ətinin iltihabını azaldır, qankəsici təsir göstərir.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az