• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Soğanın əkilib becərilməsi

    Soğanın əkilib becərilməsi

    • 30-11-2017, 13:30
    • Aqrar
    • 0
    • 7 413
     Soğanın əkilib becərilməsi


    Növbəli əkində yeri. Soğan üçün əsas sələf bitkiləri xiyar, kələm, pomidor, bostan bitkiləri və s. sayılır.
    Soğan bitkisi üçün alaqsız torpaqlar daha əlverişlidir. Soğan ışıqsevən bitki olduğundan səpildiyi sahə açıq və gündöyən olmalıdır. Soğan münbit, yumşaq, qumsal torpaqlarda daha yaxşı bitir. Onun kök sistemi əkin qatının üst hissəsində yerləşdiyi üçün dərində yerləşən ehtiyat qida maddələrindən lazımi qədər istifadə edə bilmir. Buna görə də soğan əkilən sahələr üzvi və mineral gübrələr ilə lazımınca təmin edilməlidir. Bitkilərin normal inkişafı üçün torpaqda PH-ın 5-6,5, nisbi rütubətin 60-70% olması əlverişlidir. Torpaq quru olduqda qida maddələri bitki tərəfindən zəif mənimsənilir
    Torpağın səpinə hazırlanması. Soğan əkiləcək sahə payızda dondurma şumu edilir. Payızda sahə bitki qalıqlarından təmizləndikldən sonra torpaq şumlanır.
    Gübrələnməsi. Torpaq münbitliyindən və texniki tərkibindən asılı olaraq soğan sahəsinin hər hektarına 15-20 ton peyin, 120-150 kq. azot və fosfor, 80-100 kq. kalium gübrələri verilir.
    Sortları. Fermerlərə məsləhət görülür ki, baş soğanın Yerlı Masallı, Yerli Hövsan, Yerli Xaçmaz, Sabir, Luqanski sortlarından istifadə etsinlər.
    Toxumun səpinə hazırlanması. Toxum materialı səpindən qabaq təmizlənməli, dolu, cins, yüksək cücərmə qabilyyətinə malik , xəstəlik və zərərvericilərə sirayətlənməmiş olmalıdır. Soğan toxumlarının özünə məxsus cücərmə qabiliyyətlri vardır. Toxumun tərkibində yüksək efir yağları olduğu üçün səpindən sonra o gec islanır və cücərməsi ləngiyir. Toxum sahəyə səpildikdən 20-25 gün sonra kütləvi surətdə cücərir. Soğanın çıxışını tezləşdirmək üçün toxumu 24 sat suda saxladıqdan sonra, çıxarıb 2-3 gün otaq temperaturunda sərib qurutmaq lazımdır. Rütubəti saxlamaq üçün yaxşı olardı ki, toxumun üzəri nazik pərdə ilə örtülsün. Belə halda səpin apardıqda tez cücərti alınır.
     Səpin (səpin müddəti və səpin sxemi). Soğan soyuğa davamlı bitkidir. Toxumu 120 C istilikdə cücərir. Lakin cücərməsi 35 günə qədər uzanır. Optimal istilikdə (20C0-22C0) isə cücərmə 8 günə başa çatır. Torpaq-iqlim şəraitindən asılı olaraq soğanı payızda və yazda səpmək olar. Elmi-Tədqiqat Tərəvəzçilik institutunun apardığı araşdırmalara əsasən soğan erkən yazda(fevral ayının 5-dən martın 10-dək) və payızda (10-30 sentyabr) səpilir.
    Toxum ağır torpaqlarda 1,5-2,0 sm dərinlikdə səpilir. Ən yaxşı səpin sxemləri 40+40+60×8 sm və 0+30+10+30+10 +30×8 sm-dir.
    Əkinə qulluq. Əkinə qulluq işləri, torpağın yumşaldılması, alaqsız saxlanılması, yemləmə gübrələrinin verilməsi, 2 dəfə seyrəltmə, xəstəlik və zərərvericilərlə mübarizə. vaxtlı-vaxtında suvarmadan ibarətdir. Yüksək məhsul və sağlam soğanlar almaq üçün bitkiləri mütləq 2 dəfə seyrəltmək lazımdır. Birinci seyrəltmədə bitki arası məsafə ləkdə 2-3 sm, 2-ci seyrəltmədə isə 5-8 sm olmalıdır. Birinci suvarma cücərmə dövründə , sonrakı suvarmalar isə bitkinin təlabatından . torpaq və havanın rütubətindən asılı olaraq aparılır. Yığıma 20-25 gün qalmış suvarma dayandırılır. Vegetasiya ərzində bölgədən asılı olaraq 9-12 dəfə su verilir.
    Azot gübrəsinin 40%-i torpağı əkinqabağı hazırlayarkən, 20-30%-i əkindən 20-25 gün sonra, 30-40%-i isə başbağlama dövründə ikinci yemləmə kimi verilir. Fosforun və kaliumun 50%-i payız şumu altına, 50%-i isə yemləmə şəklində verilir. 
    Alaqlarla mübarizədə herbisidlərdən də istifadə olunur. Soğan əkinində əsasən Ştamp,Kataran, Pentiran və Fuzulad Super herbisidlərinin biri istifadə olunur. ET Tərəvəzçilik İnstitunun apardığı təcrübədə Fuzulad Superin 12,5%-li preparatı istifadə olunmuş Becərmə işlərinə tam çıxış aldıqdan sonra başlamaq tövsiyə olunur. 1-ci becərmə 5-7 sm, sonrakı becərmələr 10-12 sm dərinlikdə aparılır. becərmələrin sayı sahələrin nə dərəcədə alaqlı olmasından , suvarmalardan və torpağın xüsusiyyətindən asılıdır. 4-5 dəfə becərmə aparılması daha çox effektli olur.
    Soğanın xəstəlik və zərərvericiləri. Soğan əsasən yalançı unlu şeh(perenosporioz), boğaz çürüməsi xəstəlikləri ilə sirayətlənir. Ən yaxşı mübarizə tədbiri aqrotexniki qayadalara riayət etmək və səpinqabağı toxumu 80%-li TMTD ilə dərmanlamaqdır. Yalançı unlu şehə qarşı ridomilinin 25-li məhlulu (2,0-2,4kq/hek) ilə çiləmə aparılır.
    Soğanın ən qorxulu zərərvericiləri soğan milçəyi , soğan güvəsidir. hər iki zərərvericiyə qarşı Bazudin(0,3 litr/hek) çilənir.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ