• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tumlu meyvə bitkilərinin becərilmə texnologiyası

    Tumlu meyvə bitkilərinin becərilmə texnologiyası

    • 25-11-2017, 14:10
    • Aqrar
    • 0
    • 2 271
     Tumlu meyvə bitkilərinin becərilmə texnologiyası

    Azərbaycanda becərilən tumlu meyvə bitkiləri qrupuna əsasən alma, armud, heyva aiddir.
    Əkin vaxtı. Respublikamızın əksər rayonlarının mülayim iqlimi meyvə bitkilərinin əkinini nisbi sükunət dövrdə aparmağa imkan verir. Lakin aran yerlərdə və qışı mülayim keçən digər rayonlarda ən optimalı müddət payız fəsli sayılır. Əkin üçün bir qayda olaraq yaxşı inkişaf etmiş, sağlam, standarta uyğun bir və ikiillik tinglərdən istifadə olunur. Əkin üsulundan asılı olmayaraq, tinglər əkildikdən sonra mütləq suvarılmalıdır. Əgər yaxın bir-iki gündə əkililəri suvarmaq imkanı yoxdursa, bu zaman hər çalaya ən azı 8-12 L su tökmək lazımdır.

    Bağın salınması. Yeni bağ salmaq üçün ilk növbədə sahə seçilməlidir. Bağ əkiləcək yerin relyefi düzən, zəif maili, və ya mailliyi 100-150-dək olan yamaclar olmalıdır. Mailliyi 150-dən çox olan yamaclarda bağ xüsusi düzəldilmiş terraslarda əkilməlidir.
    Erkən yazda salınacaq bağ üçün plantaj şumu əvvəlki ilin yayında və ya payızında, payız bağ əkməsi üçün isə, bağ salınmasına ən azı iki ay vaxt qaldıqda, şum altına 30-40 ton peyin, təmin olunma dərəcəsindən aslı olaraq təsiredici maddə hesabı ilə 120-180 kg fosfor, 90-120 kg kalium gübrələri verilməklə aparılır. 

    Sahədə bağ salmaq məqsədi ilə ölçü işləri aparılır, sərnələr ayrılır və plan əsasında bölgü aparılıb, əkiləcək bitkilərin qida sahəsi (4x3; 5x3; 6x4; 7x5;8x6 və s.) dəqiqləşdirməklə, baş və sərnələr arası yollar da nəzərə alınmaqla, eni 70-80 sm, dərinliyi isə 60-70 sm olan çalalar qazılır. Bağ salmaq üçün əsas etibarı ilə, sağlam, elit və standartlara (boy və s.ölçülərinə görə) cavab verən əkin materialı (bir və ikiillik alma tingləri) seçilməlidir.
    Gübrələmə. Gübrələrin düzgün tətbiqi nəticəsində tumlu meyvə ağaclarının məhsuldarlığı 20-30%-dək arta bilir. 

    Bağda üzvi gübrələrin bütün formaları peyin, quş zılı, pekalin, kompost və s. tətbiq edilir. Ancaq bu üzvi gübrələrdən bağ üçün ən yaxşısı, yarım çürümüş mal peynidir. Tərkibindəki qida elementlərinin (azotun və s.) zənginliyinə görə fərqlənən quş zılı isə nisbətən az doza ilə yemləmə şəklində istifadə edilməlidir.  

    Mineral gübrələrin tətbiqindən ən yaxşı nəticə azot, fosfor, kalium və s. qida elementlərinin tarazlaşdırılmış tətbiqindən əldə edilir. 
    Hər bir meyvə bağına tətbiq olunacaq gübrə norması bağın torpağının qida elementləri ilə təmin olunma dərəcəsindən, cərgə aralarında torpağın saxlanma sistemindən, torpağın nəmlənmə dərəcəsindən, becərilən sortun bioloji xüsusiyyətlərindən, ağacların əkin sxemindən və planlaşdırılan meyvə məhsulunun miqdarından aslı olaraq seçilir. Bu zaman nəzərə almaq lazımdır ki. bağ torpağının tərkibi haqqında olan biliyin azlığını gübrəni çox verilməsi ilə əvəz etmək olmaz. Çünki normadan artıq verilən mineral gübrə sonradan düzəldilməsi mümkün olmayan bir sıra problemlər yaradır. Meyvə bitkisinin qida elementləri ilə təmin olunmasına nəzarət, hər bir bağ üçün 4-5 ildə bir dəfə torpaq və yarpaq analizlərinin aparılması ilə həyata keçirilir. Yarpaq analizlərinin nəticələri əsasında bitkinin hər hansı bir qida elementi ilə (azot, fosfor, kalium, dəmir, sink, mis, bor, manqan və s. ) normal, zəif və ya artıq dərəcədə təmin olunduğu təyin edilir. 

    Formavermə və budama. Meyvə ağacına forma verilməsində əsas məqsəd onu tezliklə bar vermə dövrünə keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdan ibarətdir. 
    Meyvə bitkilərinin ən yaxşı budama vaxtı payızda yarpaqlar töküləndən sonra, eləcə də bütün qış dövrü olmaqla, tumurcuqların şişməsi dövrünədək aparıla bilər. Ağacların budanması 30C-dən yüksək temperaturda aparılmalı, temperaturun 6-80C olduğu halda budama aparılmamalıdır. Məqsədindən və gücündən asılı olmayaraq bütün növ budamalar vegetasiyanın başlanmasınadək olan müddətdə başa çatdırılmalıdır.

    Tumlu meyvə bitkilərinin xəstəliklərinə qarşı mübarizə tədbirləri. Azərbaycanda tumlu meyvə bitkilərində dəmgil, qara xərçəng, pas, septorioz, unlu şeh, bakterial xərçəng, ağaclarda yanıq və sair xəstəliklər geniş yayılmışdır. Xəstəliklərlə mübarizə məqsədi ilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı. vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, yarpaq töküləndən sonra qış infeksiya mənbəyini məhv etmək üçün bağlarda 1-2%-li Dnok (hektara 10-20 kq), yaxud 2-3%-li nitrofen (hektara 40-60 hesabı ilə) preparatları ilə çiləmə aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı ağaclarda tumurcuq açılana kimi 3-5% bordo mayesi ilə yaşıl çiləmə aparılmalı,vegetasiya müddətində xəstəliyə qarşı bordo mayesi və ya onu əvəz edən yeni pestisirlərdən (Ridomil -2.5 kq/ha, Skor -.015-0.2 kq/ha), unlu şeh və pas xəstəliklərinə qarşı isə 1%-li kolloid kükürd, Topsin M (1.0 -2.0 kq /ha) preparatından istifadə edilməlidir. İşçi məhlulun hektara çiləmə norması 800-1200 litr təşkil edir.

    Tumlu meyvə bitkilərinin əsas zərərvericiləri olan alma meyvəyeyəni, alma güvəsi, müxtəlif mənənələr, kaliforniya yastıcası və s. qarşı aqrotexniki və kimyəvi mübarızə tədbirlərindən istifadə olunması zəruridir. Kimyəvi mübarızə məqsədi ilə sumi-alfa (0.6 L/ha), karate (0.6 L/ha), Omay, (3.0 L/ha) və sair istifadəsinə icazə verilmiş preparatlardan düzəldilmiş məhlullarla çiləmə aparılmalıdır.
    Sortlara tələb. Tumlu meyvə bitkilərinin cins və sortları seçilərkən, onların yetişmə müddəti, istifadə istiqaməti və saxlanma xarakteri nəzərə alınmalıdır.
    Məhsulun eyni vaxtda yetişməsi onun yığılmasını çətinləşdirir və itkiyə səbəb olur. Bunun üçün bitkilər yetişmə vaxtlarına görə qruplaşdırılır və bu zaman əsas üstünlük tumlu meyvə bitkilərində payız-qış sortlarına (60-80%) verilir.

    Almanın dünya miqyasında on mindən artıq sortu becərilir. Alma sortları yetişməsi vaxtına görə 3 qrupa ayrılır: yaylıq, payızlıq və qışlıq sortlar.
    Yaylıq sortlar: Fəximə, Şirvan reneti. Papirovka, Melba. Yeva.
    Payızlıq sortlar: Sarı Belflor, Qışlıq qızıl parmen, Landsberq reneti.
    Qışlıq sortlar: Cır Hacı, Sarı turş, Simirenko reneti, Qolden Delişes, Qızıl Əhmədi, Şampan reneti, Red Delişes, Royal red Delişes . 
    Yeni introduksiya olunmuş alma sortları: Qrand Smit, Fuji, Qolden Delişes, Conaqold, Ağ renet. 

    “Spur” tipli sortlar. Vaqner prizovoy, Qold spur, Starkinq, Starkrimson
    Armudun respublikamızda daha geniş yayılan növləri aşağıdakılardır:
    Qafqaz armudu, Meşə armudu . Armud sortları da yetişmə vaxtına görə yaylıq, payızlıq və qışlıq olurlar.
    Yaylıq sortlar: Abasbəy Vilyams. Klappın sevimlisi. Cır Nadiri, Red Vilyams Payızlıq sortlar: Lətifə, Bere Boks, Lesnaya krasavitsa Qışlıq sortlar: Nararmudu, Kürə, Əntiqə, Gülşən, Bere Ardanpon, Sini armud. 
    Azərbaycanda heyvanın yalnız bir növü - Adi heyva becərilir. Bütün mədəni heyva sortları bu növdən törəmədirlər. 
    Sortları: Cardam, Qara heyva, Qaraman heyva, Sarı heyva. Pensər, Vələçin.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ