• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qış qapını döyənə kimi...

    Qış qapını döyənə kimi...

    • 20-11-2017, 14:39
    • Aqrar
    • 0
    • 1 676
     
    Qış qapını döyənə kimi...
     
    Yem bol, tövlə isti

    Camışçılıq heyvandarlıqda ən maraqlı, həm də diqqət və qayğı tələb edən sahədir. Çünki camış yemə və suya çox tələbkardır. Qışda tövləsi isti, yemi bol olsa məhsuldarlığını artırır. Yayda isə sərinlənmək üçün su nohurlarına oturandır. Hər iki halda ehtiyacları həyata keçirilməlidir. Ərazimiz coğrafi şəraitinə görə camışçılıq üçün çox əlverişlidir. Dənizkənarı sahələr, buradakı nohurlar camışın məhsuldarlığına, sağlamlığına yaxşı təsir göstərir. Bu sahələr həm də heyvandarlığın yem bazası üçün geniş imkanlar yaradır. Odur ki, mən deyərdim, camışçılıq çox sərfəlidir. Az vəsaitlə çox gəlir gətirirsən. Camış yemə tələbkardır. Ancaq dənizkənarı sahələrdə onun üçün kifayət qədər yem olduğundan sahibini bu problemdən qurtarır.
    Ərazimizdə bu sahəyə maraq göstərənlər az deyil. Dediyim kimi az məsrəflə çox qazanırsan. Bir müqayisə aparmaq istəyirəm. İnək il boyu qayğı gətirir. Yemi bol, suyu sərin, tövləsi isti olmalıdır. Xəstəliklərə qarşı həssasdır. Vaxtında peyvəndləri həyata keçirilməlidir. Yerli cinsdən olan inəklər demək olar ki, ziyan gətirir.
    Ancaq bizim şəraitdə camışçılıq xeyirlidir. İlin çox ayını dənizkənarı sahələrdə otlayır. Südü yağlı olduğundan məhsulları də keyfiyyətli olur. Qatığı, yağı can dərmanıdır. Qayğısı azdır. Balası tez böyüyür, yaxşı çəki verir. Ətlik istiqamətində də faydası çoxdur.
    Mən ziyalı ailəsində boya-başa çatmışam. Atam müəllim olub. Ancaq o, bizi daim işə, zəhmətə alışdırırdı. Bunun da xeyrini gördük. Ailənin çətin anlarında məhz heyvandarlığı seçməyim əbəs deyil. Bu sahədə səriştəm də vardı. Bir neçə ildə camışların sayını 40 başa çatdırmışam. Hər gün sağılan südü qəbul məntəqəsinə təhvil verirəm. İldə bir neçə heyvan satıram. Bu da ailənin dolanışığını təmin edir.
    Dövlət fondundan 5, icarəyə 3,5 hektar torpaq götürmüşəm. Ancaq camışçılıq üçün bu, bəs etmir. Odur ki, əlavə torpaq sahəsi əldə etməliyəm.
    Kənddə yaşamağın mahiyyəti budur: torpaq əkib-becərmək, mal-qara bəsləmək. Zəhmət hər bir ailənin maddi durumunu yaxşılaşdıran meyardır. Bu, kənddə açıq-aydın hiss olunur. Ərazimizdə heyvandarlıqla məşğul olan çoxdur. Eminlidən Kamil İbişov, həmkəndlilərimdən Sudeyf Səttarov, Nurbala Zeynalov və başqaları camışçılıqda yaxşı təcrübə qazandıqları kimi dolanışıqlarını, gün-güzəranlarını da yüksəldirlər. Bu günlər qayğılarımız artıb. Tövlələrin hazırlanmasını, ot tədarükünü başa çatdırmalıyıq. Bolməhsula, yaxşı rifaha nail olmaq üçün qışa hazırlığı tezliklə başa çatdırmalıyıq.

                                                                                                                            Səməd FƏTULLAYEV,
                                                                                                                                     Qədirli kəndi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ