• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Publisistik düşüncələr: Behişt ünvanlı ağa...

    Publisistik düşüncələr: Behişt ünvanlı ağa...


    Dördüncü İmam Zeynalabidin Əleyhissəlamın nəslindən olan görkəmli din xadimi, xatirəsini həmişə əziz tutduğumuz, heç zaman unutmadığımız Hacı Seyid Mir Taha aga düz iki ildir ki, aramızda, sıramızda yoxdur.Amma qəlbimizdə, könlümüzdə,unudulmaz xatirələrimizdə o, işıqlı, nurlu siması, hamımıza məlhəm olan Tanrı duaları, qulağımızdan getməyən sirli-sehirli səsi, avazıyla qalır.

    Adı hər bir kəsə nümunə olan, islami elmləri incəliklərinə qədər dərindən bilən, onu saflığı, paklığıyla bizlərə yadigar qoyan Mir Taha ağa gördüyüm, tanıdığım nadir din xadimlərindən biri idi. Nəslindən-nəcabətindən, övliya şəcərəsindən gələn paklıq, halallıq, nur, şüa kimi ağanın üz-gözündən, əllərindən çağlayır, olduğu məclisləri işığa, nura, arılığa, duruluğa qərq edirdi.

    Mir Taha ağa fenomen yaddaşı, bal kimi şirin avazı, qısa, lakonik, dərin, mənalı, məzmunlu söhbətləri, dini-mənəvi dəyərlərimizi təbliğ edən şirin mükalimələri, böyük nəsihətləri, xeyir-duaları, ən başlıcası, yüksək mədəniyyəti ilə hamını heyran qoyurdu.

    Aydın, rəvan nitq gözəlliyindən, sadəliyindən, dosta etibarından, əliaçıqlığından, gözü-könlü toxluğundan, vətənə, dininə böyük sevgisindən bu gün də hamı hörmətlə, ehtiramla danışır, xatirəsini yad edirlər.

    Şair Seyidağa Seyid Sadıq danışır ki, təkcə islam dünyası üçün yox, bütün bəşər övladı üçün Haci Mir Taha ağa insanlıq xəzinəsi,insanlıq nümunəsi, səxavət meyarı, alicənablıq zirvəsiydi. Onunla həmsöhbət olan adam təpədən-dırnağacan işığa, nura qərq olur, dünyaya bağlanırdı.

    Hacı Seyid Mİr Taha ağa yaxşılıq, xeyirxahlıq körpüsüydü.Çətinliyə, dara düşən neçə-neçə insanlar bu körpüdən keçib qüruba yox, dan üzünə, aydınlığa yol almışdılar.

    Ağanın böyüklüyü həm də sadəliyində, saflığında, evinin, ocağının el üzünə açıq olmasında idi.

    Hacı Mir Məzahim Mir Məcid oğlu ağanı uzun illərdən bəri el ağsaqqalı kimi tanıdığını hörmət və ehtiramla xatırlayır:

    - Perimbeldə bəlkə də yüzlərlə mollamız, din xadimlərimiz olub. Ərəb əlifbasını bilən mollalar, din xadimləri ... Amma Mir Taha ağa fitrətən alim, görkəmli din xadimi idi. Bizim bölgədə elə bir insan tapılmazdı ki, çətinliyə düşəndə ağaya müraciət etməsin. Hamısına kömək edib, doğru yol göstərib.

    Perimbel seyidlər ocağıdır. Allahın nəzəri həmişə üstümüzdə olub. Vaxt, zaman dəniz kimidir, çirkabı götürməz, çör-çöpü sahilə tullayar, dənizin dibində gövhər qalar. Mir Taha ağa o gövhər misalıdır. Həmişə qiymətli, dəyərli, unudulmazdır. Şərqşünas Furqan Babayev babası haqqında ürək sözlərini danışır:

    - Səfərə çıxanlar, orduya gedənlər, xeyir iş edənlər babamın xeyir-duasını alar, Quranın altından keçərdilər. Övladı olmayanlar, çətinliyə, dara düşənlər ağadan nicat umardılar. Mən bu etiqadı, bu təqvanı, insanların ağaya olan böyük ehtiramını gördükcə fəxarət hissi keçirmişəm.

    Babamın necə ibadət etdiyini, necə xuduynan-xuşuynan namaz qıldığını seyr edirdim. Bu bir məktəb, əyani dərs idi. Rükuya gedəndə, səcdəyə gedəndə, “Allahu Əkbər” deyəndə adam sanki sehrlənirdi.

    Son zamanlar o xəstə olduğundan biz yalvara-yalvara onu dilə tuturduq ki, zəifsən, oruc tuta bilməzsən. Ancaq ağa inad eləyirdi, orucunu buraxmırdı. Onun necə insan, Allah adamı, peyğəmbər, övliya övladı olduğunu Cənub bölgəsində yaşayan bütün insanlar bilir.

    Mir Taha ağa insanların urəyində Tanrı işığı kimi, yaxşılıq heykəli kimi qaldı.

     

    “Səadətdən,səxavətdən ucadır,

    Yer üzündə bəşər kimi qocadır,

    Dünya boyda, ancaq üçcə hecadır,

    İnsan gedər, adı qalar yaxşılıq,

    Gedənləri yada salar yaxşılıq”.

    Hacı Seyid Mir Taha ağa İslam dininin ən böyük təbliğatçılarından biri olmaqla yanaşı böyük yurdsevər idi. O hər bir vətən övladını, xüsusilə də gəncləri, Azərbaycanın suyuna, çörəyinə layiq olmağa, çox sevdiyi eloğlusu Mübariz İbrahimov kimi cəsur olmağa çağırırdı.

    El-obasıyla ağır repressiyalara, sürgünlərə, köçürülmələrə məruz qalmış bu mətin insan heç zaman sarsılmamış, mənliyini, şəxsiyyətini qorumuş, Azərbaycanın azadlığına, müstəqilliyinə ən çox sevinənlərdən biri olmuşdu.

    Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov Hacı Seyid Mir Taha ağa ilə görüşünü  heç zaman unutmadığını deyir, Allahdan ona rəhmət diləyir:

    - Hacı Seyid Mir Taha ağa ilə həmsöhbət olmağın, onun nəsihətamiz kəlamlarına qulaq asmağın və onu dinləməyin xüsusi bir ləzzəti vardı.İnsan onu dinlədikcə ruhu paklaşır, qəlbi aram tapır, daxilində bir rahatlıq yaranırdı. Ağanın çöhrəsindəki ilahi nur, onun Əhli-Beyt  davamçılarından olduğunu göstərən əlamət kimi insanı cəlb edirdi. Hacı Mİr Taha ağanı cəmi bircə dəfə ziyarət etsəm də, onun gözəl və nurlu siması hər zaman gözümün qarşısında canlanır və Peyğəmbərimizin(S)  pak Əhli-Beytinin suyunun qiyamətə qədər davam edəcəyini vəd etmiş Uca Yaradana şükürlər edirəm.

    Hacı Seyid Mir Taha ağa onu tanıyanların qəlbində həmişə yaşayacaq.



    Zülfüqar ŞAHSEVƏNLİ,
    yazıçı-publisist.



    "Yeni həyat" qəzeti,  
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ