• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Milli mətbuta göstərilən dəstək Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik münasibətlərin  inkişafına xidmət edən siyasətinin təzahürüdür

    Milli mətbuta göstərilən dəstək Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik münasibətlərin  inkişafına xidmət edən siyasətinin təzahürüdür


    "Əkinçi" qəzeti ilə həyata qədəm qoyan, "Molla Nəsrəddin" ənənələri ilə mübarizləşən Azərbaycan milli mətbuatı ötən uzun zaman ərzində, həqiqətən, çox kəşməkeşli, həm də son dərəcə şərəfli bir inkişaf yolu keçib. Təbiidir ki, bu yol heç də həmişə hamar olmayıb. Əslində, bütün dövrlərdə və bütün ölkələrdə mətbuatın missiyası da elə cəmiyyəti düşündürən, narahat edən problemləri gündəmə gətirmək, onların həlli yollarını aramaq və ən başlıcası, hökumətin və geniş ictimaiyyətin diqqətini bu sahəyə səfərbər etmək olub. Bu mənada mətbuat həmişə tərəqqi və inkişafa yardımçı, ətalət, cəhalət, mühafizəkarlıq, meşşanlıq və nəhayət, sui-istifadə və cinayət hallarına qarşı amansız mübariz olub. Təbii ki, söhbət sağlam mətbuatdan gedir.

    Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, Ulu Öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi.Ona görə də 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata verilirdi.

    Ümummilli Lider özu bu barədə deyirdi ki, sovet hakimiyyəti vaxtında bizdə bir mətbuat - kommunist mətbuatı vardı. Mən həmişə bu mətbuatı bizim nöqsanları araşdırmaq, aşkara çıxarmaq istiqamətinə yönəldirdim. Çünki biz işdəki nöqsanların hamısını aşkara çıxara bilmirdik...
    Təbiidir ki, mətbuat və televiziyanın qaldırdığı problemlər də MK-nın və şəxsən Heydər Əliyevin diqqətindən yayınmırdı.Həmin illərdə dövrünün tanınmış qəzetləri olan "Kommunist", "Bakı", "Azərbaycan gəncləri", "Bakinski raboçi" və digər qəzetlərdə çap olunan ciddi tənqidi yazıların, demək olar ki, əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi, plenum və büro iclaslarında müzakirələrə çıxarılırdı.
    Dövrünün böyük siyasətçisi olan Heydər Əliyev mətbuatla, jurnalistlərlə səmimi idi. O, sözün əsl mənasında, mətbuata hamıdan çox açıq adam idi. Yəni, o, mətbuata hər şeyi deyirdi və mətbuatın qaldırdığı problemlərə də həssaslıqla yanaşırdı. "Literaturnaya qazeta"da "Qoy, ədalət zəfər çalsın" başlığı altında dərc olunmuş müsahibəni bir an göz önünə gətirin. Heydər Əliyev həmin müsahibəsi ilə, əslində, SSRİ məkanında ilk dəfə olaraq cinayətkarlığa və korrupsiyaya qarşı açıq müharibə elan etmişdi.

    Heydər Əliyev mətbuatın gücünə inanırdı və elə bu səbəbdən də mətbuatdan çox şey umurdu.
    Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. Əvvəllər az qala, hər kəs bilirdi ki, ölkədə nə qədər qəzet və jurnal dərc olunur. İndi isə, hətta aidiyyatı orqanların nümayəndələri belə bəzən ölkədə nə qədər qəzet və jurnal nəşr olduğunu söyləməkdə çətinlik çəkirlər. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın. Əfsuslar olsun ki, bir çoxları mətbuatın sərbəstiliyindən sui-istifadə edərək ondan "piar" kimi istifadə edir. Bəli, bu danılmaz həqiqətdir ki, indiki halda Azərbaycanda nəşr olunan bir sıra mətbuat orqanları, necə deyərlər, gecə-gündüz hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla məşğuldur. Bu nəşrlərin kimlərinsə əlində oyuncaq olduğu artıq hər kəsə çox yaxşı bəllidir. İdeyaları çürüyən, siyasi proqram və platformaları bütünlüklə iflasa uğrayan, çağırış və şüarları kütlə tərəfindən gülüş və istehza ilə qarşılanan, beləliklə də sosial bazasını tam şəkildə itirmiş olan üzdəniraq müxalifət bu gün, sadəcə, olaraq ayrı-ayrı mətbuat orqanlarının kölgəsinə qısılaraq süni görüntü yaratmaqla məşğuldur. Bu, əslində, xaricdəki havadarlarından yardım və ya qrantlar almaq üçün edilir. Təbiidir ki, həmin yardım və qrantların bir hissəsi də elə müxalifət mətbuatının maliyyələşdirilməsinə yönəldilir.

    Bu gün müstəqil Azərbaycan dövləti əsası Ümmumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində başqa cür ola da bilməz. Çünki yaşlı mətbuatın da, elektron medianın da yükü və qayğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. İnanırıq ki, Azərbaycan jurnalistikası bundan sonra da öz üzərinə düşən məsul və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

    Heydər Əliyev jurnalistikaya və jurnalistlərə böyük qayğısına, medianın nəzəri konsepsiyasının zənginləşməsinə, ölkədə kütləvi informasiya vasitələri sisteminin sürətli inkişafına göstərdiyi dövlət köməyinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdü. O mükafatın təqdim olunma mərasimində də Ulu Öndər ölkədə demokratik dəyərlərin formalaşması prosesində mətbuatın, teleradionun misilsiz xidmətini xüsusi qeyd etdi, jurnalistlərin əməyini bir daha yüksək qiymətləndirdi və bu peşə sahiblərinə bəzi gileylərini də dilə gətirdi. O, bəzi jurnalistlərin ucuz sensasiya dalınca qaçmalarını tənqid etdi, amma jurnalistikanın bütün incəliklərinə ən yaxşı nəzəriyyəçi və peşəkar bələdçiliyi ilə yarızarafat, yarıciddi belə bir fikri də gizlətmədi: "Bilirəm - dedi - sensasiya yaratmayanda sizi oxumurlar, amma sensasiyada da həqiqət prinsipinə sadiq olmalısınız". Bəli, bu da H.Əliyevin jurnalistikaya dair nəzəri görüşləri silsiləsinə aid olan çox maraqlı bir fikir idi...
    Bütövlükdə, KİV-in fəaliyyətini stimullaşdırmaq məqsədilə, həmçinin jurnalist əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq

    Azərbaycan Prezidenti cənab İlham Əliyev 2005-ci il iyul ayının 21-də “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayıb. Dövlət başçısının Azərbaycan mətbuatının 130 illik yubileyinin qeyd edilməsi haqqında 2005-ci ildə imzaladığı Sərəncamda müstəqil milli mətbuatımızın üzərinə düşən məsuliyyət ifadə olunur. Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncamını isə ulu öndərin mətbuatın maddi-texniki imkanlarının yaxşılaşdırılması yönündə həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirmək olar. Sərəncama əsasən, qəzetlərin nəşriyyata olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. Xatırladaq ki, qəzetlərin borclarının dondurulması haqqında mütərəqqi qərar hələ 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdi. Dövlət büdcəsinin gəlirlərinin artması və respublikamızın maliyyə imkanlarının yaxşılaşması borcların büdcə hesabına birdəfəlik ödənilməsinə şərait yaratdı.

    Qeyd edək ki, borcları ödənilən qəzetlər içərisində müstəqil və müxalifyönlü qəzetlər üstünlük təşkil edib. Bu isə bir daha təsdiq edir ki, siyasi mövqeyindən asılı olmayaraq, ölkədə bütün mətbuat orqanlarına dövlətin münasibəti, diqqət və qayğısı eynidir, onların azad fəaliyyətinə heç bir maneə yoxdur. Bundan başqa, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi də bu reallığın bariz göstəricisidir. Ümumiyyətlə, bu bir həqiqətdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə inkişaf etməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyev də ümummilli lider kimi jurnalistlərə səmimi münasibət bəsləyir, onların sosial və iş şəraitilə tanış olur, ən əsası mətbuat nümayəndələrinin xeyrinə qərarlar verir. Belə bir mühit, əlbəttə ki, media nümayəndələri arasında perspektivlə bağlı böyük ümidlər yaradır.

    Düşünürük ki, Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin səyləri nəticəsində media sektoru daha da inkişaf edəcək və cəmiyyətimizin inkişafına təkan verən əhəmiyyətli sahə kimi formalaşacaq. Bu reallıqlar isə əbədiyaşar liderimizin ideyalarının yaşadılması, həyata keçirilməsi üçün həm də mətbuatımızın inkişafı üçün önəmli bir stimuldur.                                                                                                                                                                

    Əlihüseyn ŞÜKÜROV,
    Masallı rayonu. Azərbaycan Jurnalistlər Birliyi və 

    Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü.


    "Yeni həyat" qəzeti,  
     www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ