• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MASALLININ İLK TİBB ELMLƏRİ DOKTORU ƏVƏZ CƏBİYEVİN 100 İLLİK YUBİLEYİ

    MASALLININ İLK TİBB ELMLƏRİ DOKTORU ƏVƏZ CƏBİYEVİN 100 İLLİK YUBİLEYİ


    Mayın 14-də Masallı rayon Heydər Əliyev Mərkəzində tibb elmləri doktoru, professor Əvəz Cəbiyevin 100 illik yubileyi qeyd edilib.

    Əvvəlcə mərhum yubilyarın və şəhidlərimizin xatirəsi ehtiramla anılıb, görkəmli alimin həyat yolu, elmi və həkimlik fəaliyyətini əks etdirən videoçarx izlənilib.

    Yubiley tədbirində Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, millət vəkili Anar İsgəndərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Çingiz Axundov, Azərbaycan Tibb Universitetinin professoru Məhərrəm Niftullayev, Masallı RMX-nın baş terapevti, tibb üzrə fəlsəfə doktoru Vaqif Qurbanov,  tələbələri, veteran həkimlər Vaqif Əhmədov, Məhəmməd İbayev mərhum professor Əvəz Abdulhüseyn oğlu Cəbiyevin (1922-1977) bir alim, ziyalı kimi Azərbaycanda çoxsaylı gənc alimlərin yetişməsində müstəsna rolunun olmasından danışıb, onunla bağlı xoş təəssüratlarını, xatirələrini bölüşüb, alimin keçdiyi həyat yolunun hər zamankı kimi bugünkü gənclərə də örnək olduğunu vurğulayıblar.

    Masallı rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, tədbirdə Masallı Regional Mədəniyyət İdarəsi Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan və Ruslan Zahidovların və Şamo İbayevin ifasında lirik mahnılar səslənib.

    Qohumları Rəna Cəbiyeva, Fidan Hacızadə tədbirin təşkili üçün rayon rəhbərliyinə, zəhməti keçən hər kəsə, o cümlədən iştirakçılara minnətdarlıq bildiriblər.

    Məlumat üçün bildirək ki, Əvəz Cəbiyev 1922-ci ildə Ərkivan kəndinin (indi qəsəbədir) Cəbili məhəlləsində dünyaya göz açıb. 1940-cı ildə Ərkivan kənd orta məktəbini əla qiymətlərlə, 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Təhsilini institutun aspiranturasında davam etdirib.

    1952-ci ildə Leninqradda, 1968-ci ildə isə İ.M.Seçenov adına Moskva Tibb İnstitutundan ixtisasartırma kursları keçib.

    Ə.Cəbiyev Masallı rayon Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında böyük mühasib (1943-1944), Bakı şəhər 3 saylı tibb məktəbində müəllim (1951-1952), sonra N.A. Semaşko adına xəstəxananın 1-ci şöbəsinin klinikasında terapevt-ordinator (1952-yanvar,1954), 1956-cı ilin yanvarınadək 2-ci şöbənin müdiri işləyib.

    Müsabiqə yolu ilə 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında  dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada işləyib. Eyni zamanda institutun müalicə-profilaktika fakültəsində Azərbaycan və rus dillərində mühazirələr oxuyub.

    1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün tədqiqatlarının məcmusu kimi yazdığı "Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi" mövzusunda dissertasiya müdafiə edib. Bu, Azərbaycan SSR siyasi və elmi bilikləri yayan cəmiyyətin üzvü, 32 yaşlı Əvəz Cəbiyevin ilk elmi uğuru olub.  14 ildən sonra ikinci dəfə həmin tribunaya qalxıb.

    1968-ci ilin mayında Ə.Cəbiyev “Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

    1973-cü ilədək alimin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. Respublikamızda, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib.

    Ə.Cəbiyev 1977-ci ildə, 55 yaşında dünyasını dəyişib. Bakı şəhərində vəfat etsə də Ərkivanda, Cəbili qəbiristanlığında torpağa tapşırılıb.






    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ