"15-İyun Milli Qurtuluş Günü"
İyunun 7-də Masallı Onbirillik İncəsənət Məktəbində 15-iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Masallı rayon İcra hakimiyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RİHB apratının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Əlimərdan Abdullayev, şəhid ailələri və qazilər iştirak edib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı Onbirillik İncəsənət Məktəbinin fortepiano müəllimi Gülər Abdullayevanın şagirdləri müxtəlif kompazisiyalarla çıxış ediblər.
Yekunda xatirə şəkilləri çəkilib.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az