Masallıda bayram sovqatı paylanıldı
Masallıda hər il olduğu kimi bu ildə Müsəlmanların Müqəddəs Qurban bayramı xeyirxahlıq və yardımlaşma ilə qeyd olunmuşdur.
Belə ki, Masallı rayon İcra Hakimiyyəti, Milli Məclisinin Deputatları, YAP Masallı rayon təşkilatı, ərazi nümayəndəlikləri, bələdiyyələr, rayonun idarə, müəssisə, təşkilatları, dini icmalar, sahibkarlar və müxtəlif zümrələrdən olan xeyirxah insaların təşəbbüsü, maddi dəstəyi və təşkilatçılığı ilə rayon üzrə ümumilikdə 4178 nəfərə 8704 kq Qurban əti və ərzaq yardımları paylanmışdır. Bayram sovqatları əsasən şəhid ailələri, qazilər, müharibə veteranları, tənha-kimsəsizlər və aztəminatlı ailələrə evlərində təqdim olunmuşdur.
Bu müqəddəs gündə nəcib və xeyirxah əməllərinə görə imtiyazlı ailələr onlara göstərilən diqqət və qayğı üçün ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və bu yardımlaşmada köməyi olan hər kəsə minnətdarlıqlarını ifadə edərək dualar etmişlər.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az