Masallıda ilk dəfə “Art terapiya” təlimi keçirilib
- 15-07-2022, 12:54
- Maraqlı
- 0
- 294
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində 16-18 yaşlı gənclər üçün təlimçi-fasilitator Kənan Əhmədbəylinin təqdimatında keçirilən təlimdə “Komandanın formalaşması”, “Mənim arzu təyyarəm”, “Sənin haqqında düşüncəm”, “Müharibəni sülhə çevir”, “Mənim gələcəyim öz əllərimdədir” kimi mövzulardan danışılıb.
Təlimin praktiki hissəsində gənclər rəngli dünyalarını nümayiş etdirib, çəkdikləri rəsmlərlə cəmiyyətimizdəki problemlərə yanaşmalarını sərgiləyib, üzərində arzularını yazdıqları kağızdan düzətdikləri təyyarələri simvolik olaraq gələcəyə yola salıblar.
Sonda gənclər komandalara bölünərək müxtəlif mövzularda təqdimatlar ediblər.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az