• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin Füzuli rayonunda 27 sentyabr tarixində səfəri olmuşdur

    Prezident İlham Əliyevin Füzuli rayonunda 27 sentyabr tarixində səfəri olmuşdur


    Ölkə başçısı Prezident İlham Əliyev 27 sentyabr tarixində Fizuli rayonunda olmuşdur.O, Qaraxanbəyli kəndində çıxışı zamanı Qarabağdakı quruculuq işlərinə toxunmuş və  "44 günlük Vətən müharibəsi şanlı tariximiz olduğunu bildirmişdir. Cənab pezident Azərbaycan xalqının bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovduğunu, bütün Azərbaycan xalqı birlik, iradə göstərdiyini qeyd etmişdir. Eyni zamanda qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
             
    Prezident İlham Əliyev azad olunan ərazilərdə həyata keçirlən quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi kimlərdir.
             
    Azərbaycan Prezidenti hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılması barədə sərəncam imzalamışdır.
               
    Həmin qərargah səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Prezident ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərin inzibati xəritəsinə də ciddi dəyişikliklər edib. Məsələn, dövlət başçısının 7 iyul 2021-ci ildə imzaladığı fərmanla həm Dağlıq Qarabağ iqtisadi rayonu, həm də "Dağlıq Qarabağ ifadəsi tarixin arxivinə atıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasının yaradıb. Bu iqtisadi rayonların yaradılması isə həm bölgənin inkişafına, gələcək hədəflərimizə doğru uğurla irəliləməyimizə, həm də siyasi təsir imkanlarımızı artırmağımıza şərait yaradır.
               
    Həmçinin bütün quruculuq işləri Prezident İlham Əliyevin 12 avqust 2021-ci ildə "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" imzalanmış fərmanına əsasən həyata keçirilir. Prezidentin imzaladığı sərəncam və fərmanlar erməni vandallarının işğal zamanı xaraba qoyduqları yaşayış məntəqələrinin bərpası, sosial-iqtisadi dirçəlişi baxımından mühüm önəm daşıyır. Aparılan sistemli quruculuq işlərinin məntiqi nəticəsidir ki, artıq Qarabağa "Böyük Qayıdış"a da start verilib. 19 iyul 2022-ci il tarixində Zəngilanın Ağalı kəndinə 201 ailə köçürülüb.
                 
    Prezident İlham Əliyev ölkəmizin reallaşdırdığı nəqliyyat layihələri ilə əlaqədar inşa edilən infrastrukturun - Zəngilən və Laçın hava limanlarının, Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir və avtomobil yollarının tikintisinə özü şəxsən nəzarət edir.
                 
    Bundan başqa, ölkə başçısı İlham Əliyevin xüsusi nəzarəti altında işğaldan azad olunmuş ərazilər sistemli şəkildən minalardan təmizlənir.
               
    Ümumilikdə müharibənin dünya ölkələrinə fəlakətlər, iqtisadi tənəzzüllər və səfalət gətirdiyi ötən yüzilliklərin acı təcrübəsindən məlumdur. Azərbaycan xalqı da müstəqillik əldə etdikdən sonra iki amansız müharibədən keçib. Birinci Qarabağ Müharibəsi Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük fəlakətlər gətirdi. Torpaqlarımız işğal altına düşməklə yanaşı, ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşdı və siyasi böhran dərinləşdi. İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycanda tam fərqli mənzərə hökm sürür. Ölkəmizdə həm siyasi, həm hərbi, həm də iqtisadi stabillik təmin olunur. Müşahidələr göstərir ki, müharibə Azərbaycanın iqtisadi vəziyyətinə ciddi təsir göstərməyib. Əlbəttə ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi dəqiq iqtisadi strategiyadır. Azərbaycanın iqtisadi və siyasi təlatümlərə cavab verən iqtisadiyyatı, maliyyə sistemi Qarabağın minalardan təmizlənməsi və bərpası üçün lazım olan vəsaitin tez bir zamanda əldə olunmasına da imkan verir.
                   
    Eyni zamanda, Prezident İlham Əliyevin xüsusi səyləri ilə işğaldan azad olunmuş ərazilərimizin bərpasına xarici sərmayələrin qoyulmasına imkan yaradılıb. Bu isə yeni maliyyə mənbələri deməkdir. Bütün bu işlər isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin tətbiq etdiyi dayanıqlı iqtisadi modelə söykənir. Təbii ki, ötən dövr ərzində dayanıqlı iqtisadi model qurulmasaydı, Qarabağın inşası üçün belə münbit maliyyət mühiti yaranmayacaqdı.
                 
    Əliyevin Qarabağın işğal altında saxlanıldığı, Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə bölgənin bərpası, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində yürütdüyü həm daxili, həm də xarici siyasətə nəzər salsaq görərik ki, bu mövzuda hər bir addım incəliklə, zərgər dəqiqliyi ilə düşünülür, verilən bütün vədlər yerinə yetirilir. Bir sözlə, Qarabağın azadlığı, onun bərpası və uğrunda şəhid olanların xatirələrinin əbədiləşdirilməsi üçün atılan bütün addımların xüsusi anlamı var.
                 
    Vətən Müharibəsi zamanı ilk şəhidləri verdiyimiz yerdə xatirə abidəsinin ucaldılması xüsusilə anlamlıdır və Qarabağ uğrunda canını qurban verən Azərbaycan oğlullarına Prezident İlham Əliyevin və xalqımızın böyük ehtiramının göstəricisidir. Ölkə başçısı İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı şəhidləri yad edib və bildirib ki, Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilib.


               
    Ülvi Rufullayev,
    Binə Xocavar kəndi.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    2. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    3. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    4. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    5. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    6. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    7. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    9. 15:46 Masallı DAİM-də dəyirmi masa
    10. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    11. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    12. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    13. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    14. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    15. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    16. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    18. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    19. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    20. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    21. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    22. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    23. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    24. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    25. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    26. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    27. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    28. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    29. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    30. 23:30 22 iyul Milli Mətbuat günü
    31. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    32. 23:00 22 iyul Milli Mətbuat Günü 
    33. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    34. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    35. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    36. 11:06 Azərbaycan mətbuatı – 150
    37. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    38. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    39. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    40. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ