• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Aqilləri olan məmləkət qalib gəlməliydi

    Aqilləri olan məmləkət qalib gəlməliydi

     
    Sonuncu dəfə aprelin 21-də beş günlük ezamiyyət götürüb kəndə gəlib. Dünyasını dəyişmiş anasının məzarını ziyarət edib, halallıq alıb. Amma evdə cəmi iki gün qalıb. “Qurani-Kərim”i oxuyub, namaz qılarkən mənən rahatlanan Aqil evdə rahatlıq tapa bilməyib. “Mən əsgərlərin yanında olmalıyam” deyərək hərbi hissəyə qayıdıb.

    Həyatını büsbütün Vətənə həsr edən fədainin amalı, əqidəsi işğalda olan torpaqların azadlığı idi.

    Azərbaycanın ərazi bütövlüyü uğrunda, Qarabağ döyüşlərində şəhid olmuş həmyerlimiz Aqil Qismət oğlu Məlikov (12.08.1990 -15.11.2016) Masallı rayonunun Böyük Xocavar kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Kənd orta məktəbini bitirib. 2008-ci ildə Masallı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. İlk gündən komandirlərin, əsgər yoldaşlarının dərin hörmətini qazanıb. 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub. Elə həyat yolunu da Naxçıvanda hərbi xidmət zamanı müəyyənləşdirib. Xidmətdən sonra gizirlik məktəbini bitirib. Düşünüb ki, nə qədər torpaqlarımız düşmən tapdağındadır silahı yerə qoymaq olmaz. Könüllü olaraq 2011-ci il martın 12-dən Füzuli rayonu “N” saylı hərbi hissədə xidmətini gizir kimi davam etdirib. Altı ilə yaxın gizir kimi cəbhə bölgəsində xidmət edib. Qısa vaxtda bacarıqlı, səriştəli hərbçi olduğunu sübuta yetirib. Neçə-neçə döyüşdə iştirak edib.

    2016-cı ilin aprelində, Lələtəpə yüksəkliyinin düşməndən azad olunmasında, həmin ilin noyabrında cəbhənin Füzuli rayonu istiqamətində təxribata əl atan ermənilərə tutarlı cavab verən Milli Ordumuzun giziri Aqil böyük şücaət göstərib. Noyabrın 15-də Alxanlı kəndində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

    Böyük Xocavar kəndində torpağa tapşırılıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

    Kəşfiyyatçı Aqil Məlikov döyüş və ictimai-siyasi hazırlığına, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə, igidliyinə, “Ən yaxşı snayperçi” və s. görə Fəxri fərman və digər təltiflərə layiq görülüb.

    Cəbhənin ən çətin və mürəkkəb istiqamətində igidlik nümunələri çox olub Aqilin. Şəhid gizirin qəhrəmanlığı haqqında cəbhədaşı Üzeyir Nəcəfovun xatirələrində (R.Rzayev, “Oğul arxalı vətən”) deyildiyi kimi, snayper tağımının komandiri Aqil Aprel döyüşlərində də igidliyi, cəsarətilə fərqlənib: ”... Ermənilərin “Satko” markalı avtomobili göründü. Məsafə 1300 metr idi. Sərrast atəş açmaq lazım idi. Aqilin nişan alaraq atəş açması ilə düşmən maşını yoldan çıxaraq dərəyə yuvarlandı. Sonuncu dəfə onu Lələtəpə əməliyyatında gördüm. Aqil təpənin sağ tərəfində yerləşən qəbiristanlıqda mövqe tutub sərrast atəşlə düşmənə zərbələr vururdu. Onların atəş nöqtələrini susdururdu...”

    Mərhum şair-publisist Rəsul Rzayevin şeirində deyildiyi kimi:

     

    Qəhrəmanlıq hünərindən,

    Tutdu ellər soraq, Aqil.

    El-obanın taleyində,

    Oldun nurlu çıraq, Aqil.

     

    Bu torpağa Vətən dedin,

    Qibləgahım sənsən, dedin.

    Hünərinə əhsən dedi,

    Vətən, ana, torpaq, Aqil.

     

    Pozdun düşmənin sırasın,

    Yağıdan aldın qisasın,

    Verdin namərdin cəzasın,

    Əldə odlu silah, Aqil.

     

    Dedin: Vətən xanimanım,

    Ona qurban şirin canım,

    Başın üstə dalğalanır,

    O üçrəngli bayraq, Aqil.

     

    Aqilin ən böyük arzusu işğal altında olan torpaqlarımızın erməni tapdağından xilas olunmasında iştirak etmək, üçrəngli bayrağımızı torpaqlarımıza sancmaq idi. Elə bu amal uğrunda da canını fəda edərək şəhidlik zirvəsinə yüksəldi.

    Dördgünlük Aprel döyüşləri illər sonra xalqımıza ilk qələbə sevinci yaşatdı və 4 il sonra bu qələbə marafonu 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizlə yekunlaşdı. Neçə-neçə Aqilimizin arzuları göyərdi. İgidlərimizin, şəhidlərimizin canı, qanı bahasına o mübarək yurd yerlərimizə qayıtdıq.

    İndi rahat uyu, şəhidim, uğrunda can verdiyin Vətən - Qarabağ bizimdir! Sənin kimi qəhrəman oğulları olan məmləkət qalib gəlməliydi...

     

    Akif AĞAYEV.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ